Əksər seçicilər ABŞ prezidenti Co Baydenlə keçmiş dövlət başçısı Donald Trampın debatının onların namizəd seçiminə təsir etmədiyini bildirib.
GUNDEMXEBER.AZ xarici agentliklərə istinadən xəbər verir ki, CNN telekanalının keçirdiyi sorğunun nəticələri bunu göstərib.
Verilən informasiyaya əsasən, qeydiyyatda olan hər on seçicidən təxminən səkkizi (81%) debatı izlədikdən sonra ABŞ-ın növbəti prezidenti üçün seçimlərini dəyişməyib. Respondentlərin 14%-i debatın onları düşündürdüyünü, lakin seçimini dəyişmədiyini bildirib. Sorğu iştirakçılarının yalnız 5%-i seçimlərini dəyişdiyini bildirib.
Sorğu həmçinin debatların Baydenin imicinə mənfi təsir göstərdiyini müəyyən edib. ABŞ-ın hazırkı rəhbərinin reytinqi 37%-dən 31%-ə enib. Tramp isə əksinə, öz reytinqini 40%-dən 43%-ə yüksəltməklə mövqeyini möhkəmləndirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?