Gundemxeber.az » Dünya » Fransada 100-ə yaxın namizəd seçkilərin ikinci turunda iştirakdan imtina edib
Milli Assambleyaya (Fransa parlamentinin aşağı palatası) növbədənkənar seçkilərin ikinci turuna daxil olan 100-ə yaxın namizəd Jordan Bardell və Marine Lenin sağçı Milli Birlik partiyasının qələbəsinə mane olmaq üçün daha güclü namizədlərin xeyrinə öz namizədliklərini geri götürüb.
GUNDEMXEBER.AZ bildirir ki, bu barədə "Frans-Press" agentliyi məlumat yayıb.
Qeyd edilib ki, “Birgə Respublika Naminə” prezident koalisiyasından və “Yeni Xalq Cəbhəsi” solçu alyansdan olan namizədlər namizədliklərini geri götürüblər.
Məlumata görə, birinci turda birmandatlı dairələrində üçüncü yeri tutan, lakin eyni zamanda ikinci tura keçmək üçün kifayət qədər səs toplayan siyasətçilər mübarizəni davam etdirməkdən imtina ediblər.
Qeyd edək ki, Milli Assambleyanın 577 deputatı var. Mütləq çoxluğu əldə etmək üçün bir partiya 289 mandat qazanmalıdır.
Fransanın baş naziri Qabriel Attal daha əvvəl demişdi ki, “Birgə Respublika Naminə” prezident koalisiyasının 60-a yaxın namizədi parlament seçkilərinin ikinci turunda səslərini solçulara vermək və parlamentin qələbəsinin qarşısını almaq üçün yarışdan kənarlaşdırılacaq.
İyunun 30-da keçirilən növbədənkənar parlament seçkilərinin birinci turunun nəticələrinə görə, Milli Birlik 33 faiz səslə irəli çıxıb. "Yeni Xalq Cəbhəsi" 28%, “Birgə Respublika Naminə” koalisiyası isə 20% səs toplayıb.
İyulun 7-də baş tutacaq ikinci tur həlledici olacaq
GUNDEMXEBER.AZ
5-02-2017, 20:13
8-05-2017, 19:56
15-11-2018, 21:00
18-06-2017, 19:38
2-03-2017, 21:47
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?