Moldovanın Avropa İttifaqı (Aİ) bazarında aldığı qazın qiyməti iyulda 1 min kubmetr üçün 349 avrodan 366 avroya qədər artacaq.
Gundemxeber.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Moldovaqaz” paylama şirkətinin rəhbəri Vadim Çeban bildirib.
“Moldovaqaz SC və “Energocom” SC arasında təbii qazın alınmasına dair müqavilə şərtlərinə uyğun olaraq, 2024-cü ilin iyul ayında alış qiyməti 1 MVt/saat üçün 34,43 avro təşkil edəcək ki, bu da 1 min kubmetr üçün 366,34 avroya (ƏDV-siz) ekvivalentdir”, - Çeban öz teleqram kanalında yazıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?