Gundemxeber.az » Dünya » Ukraynada erməni və gürcü şərablarının satışına yasaq tələb edilib
Ukraynalı şərabçılar ölkədə erməni və gürcü şərablarının satışına qadağa qoyulmasını tələb ediblər.
Gundemxeber.az xəbər verir ki, bunu “Sputnik Ermənistan”-a müsahibəsində “Ermənistanın milli şərab mərkəzi” təşkilatının sədri Avaq Arutyunyan deyib.
Məlum olduğu kimi, Ukraynanın bir sıra şərab zavodlarını birləşdirən “Ukrvinprom” assosiasiyası 17 gürcü və erməni şərab və konyak istehsalçısına qadağa qoyulması xahişi ilə aidiyyatı qurumlara müraciət edib. Assosiasiya buna əsas kimi bu iki ölkədən gətirilən içkilərin işğal olunmuş ərazilərdə satılmasını göstərib. Şirkətlərə 10 il müddətinə embarqo qoyulması, eləcə də onların aktivlərinin və ticarət nişanlarına olan hüquqlarının dondurulması təklif edilir.
Arutyunyan qeyd edib ki, bu ərazilərdə Azərbaycanım şərab məhsulları Ermənistan şərabından qat-qat böyük həcmdə satılır, amma “Ukrvinprom” bunun üçün qadağa tələb etmir.
“Daha qəribədir ki, bu Azərbaycan şərabları haqqında heç nə deyilmir. Bu haldaikili standartlar haqqında düşünmək lazım gəlir”, - deyə Arutyunyan yekunlaşdırıb.
Gundemxeber.az
17-10-2013, 15:39
17-07-2020, 17:41
27-11-2015, 18:07
5-05-2015, 22:45
18-02-2016, 22:52
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?