ABŞ Nigerin paytaxtı Niameydəki bazadan hərbi personalın çıxarılmasını başa çatdırıb.
Gundemxeber.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
“Amerika qüvvələrinin və texnikasının 101-ci Hərbi Hava Bazasından çıxarılması başa çatıb”, – məlumatda bildirilib.
Bundan əlavə, sentyabrın ortalarına qədər Pentaqon öz əsgərlərini Nigerin şimalındakı Aqades şəhərindən çıxarmalıdır. Qeyd olunub ki, 766 amerikalı hərbçi artıq Nigeri tərk edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?