Gundemxeber.az » Dünya » “ABŞ hegemonluq edir, başqa ölkələrə hörmət etmir” – Cefri Saks
Birləşmiş Ştatlar dünyada bir sıra dağıdıcı silahlı münaqişələrə səbəb olub və öz hegemonluğunun vədəlini uduzduğu müharibələrlə və böyük dövlət borcu ilə ödəyir.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla xəbər verir ki, bunu Kolumbiya Universitetinin professoru Cefri Saks deyib.
Çinin “Global Times” qəzetinə danlşan professor deyib: “1991-ci ildən bəri ABŞ-ın hegemonluq axtarışı təkəbbürlü, yanlış istiqamətə yönəlmiş və özünü məhvedicidir. ABŞ Rusiyadan təslim olmağı tələb etdi. İndi Amerika tərəfi öz təkəbbürünün əvəzini bir neçə müharibə məğlubiyyəti, böyük milli borc və qalib gələ bilməyəcəyi dağıdıcı silahlı münaqişələrlə ödəyir”.
Ekspert bildirib ki, ABŞ rəhbərliyinin beynəlxalq arenada hökmranlıq etmək istəyi Əfqanıstan, İraq, Suriya, Liviya, eləcə də Ukraynada müharibələrə səbəb olub. “Hegemonluq məqsədi Sovet İttifaqının dağılmasından bəri ABŞ-ın xarici siyasətində dərin kök salıb. Təəssüf ki, Birləşmiş Ştatlar Rusiya ilə qarşılıqlı hörmət əsasında sülhə razı olmadı”, - o əlavə edib.
Saks həmçinin ABŞ dövlət katibi Entoni Blinken və NATO-nun baş katibi Yens Stoltenberqin Çin əleyhinə ritorikasının artmasına diqqət çəkib. “Blinken və Stoltenberq ABŞ-ın hərbi-sənaye kompleksinin, xüsusən də Şimali Atlantika Alyansının dar düşüncəli tərəfdarlarıdır”, - deyə Saks vurğulayıb. “Blinken dövlət katibi kimi şokedici uğursuzluqlarla üzləşir, çünki ciddi diplomatiyaya tam qadir olmadığını sübut edib”.
Ekspertin fikrincə, Birləşmiş Ştatlar Çinə təhlükə kimi baxır. "Çin çox böyükdür, çox uğurludur və buna görə də Amerika hegemonluğuna maneədir. ABŞ Çin üzərində hökmranlıq etmək istəyir. Bu mümkün olmadığına görə indi Çinə düşmən kimi baxırlar”, - professor deyib.
C.Saks Ağ Evin ABŞ-ı dünyanın yeganə super gücünə çevirmək strategiyasının yanlışlığına diqqət çəkib. O, qeyd edib ki, Amerika tərəfinin “ümumbəşəri Qərb dəyərləri” və “qaydalara əsaslanan nizam” haqqında danışması Amerika hərbi ittifaqından kənarda qalan dünya tərəfindən tamamilə ələ salınır. "ABŞ-ın həqiqətən nümayiş etdirdiyi yeganə dəyər müharibələrə başlamaq və başqa ölkələrə hörmət etməməkdir" deyə ekspert yekunlaşdırıb.
GUNDEMXEBER.AZ
3-06-2016, 16:00
11-01-2018, 11:40
12-01-2024, 22:34
17-07-2020, 12:23
5-06-2013, 08:51
Sorğu
Yeni dizaynımız necədir?