Gundemxeber.az xəbər verir ki, İran İslam Respublikasının Trampa sui-qəsd hazırlaması ilə bağlı xəbərləri təkzib edib.
“İranın Trampa qarşı sui-qəsd cəhdi ittihamları əsassız və qərəzlidir...Tramp Qasim Süleymaninin (2020-ci ildə öldürülüb) öldürülməsinə göstəriş verdiyi üçün məhkəmədə mühakimə olunmalı və cəzalandırılmalı olan cinayətkardır.
İran onu məsuliyyətə cəlb etmək üçün qanuni yolu seçib”, - İranın BMT-dəki nümayəndəsi CNN-in İslam Respublikasının keçmiş ABŞ prezidenti Trampa sui-qəsd hazırlaması ilə bağlı xəbərinə cavab olaraq bildirib.
Sorğu
Yeni dizaynımız necədir?