Amerikanın “The New York Times” qəzeti yazır ki, Gürcüstanda sənayedən geri qalan əyalətlərin sakinləri SSRİ-nin dağılmasından təəssüflənirlər.
Gundemxeber.az xəbər verir ki, onlar sovet dövrünü respublika üçün ən yaxşı dönəm hesab edirlər. Hazırda ölkədə sovet keçmişinə həsrət qalanlarla Gürcüstanın gələcəyini Qərbdə görənlər arasında gərginlik davam edir.
Materialın müəlliflərinin fikrincə, Gürcüstan bu yaxınlarda Qərblə yaxınlaşma kursu müəyyənləşdirib. Ölkə əhalisinin təxminən 60%-İni təşkil edən kiçik şəhərlərin sakinləri üçün Şimali Atlantika Alyansına və Avropa Birliyinə qoşulmaq çağırışları o qədər cəlbedici və inandırıcı deyil.
“Kiçik şəhərlərin bir çox sakinləri SSRİ-ni siyasi repressiya və işğal dövrü kimi qəbul edirlər, lakin kənd sakinləri üçün bu, bolluq və firavanlıq dövrü idi. O vaxtlar, demək olar ki, hamının işi var idi. İndi paytaxtdan kənarda əyyaşlıq və işsizlik tüğyan edir”, - qəzet qeyd edir.
Rusiya mediasının başqa vaxt bəyənmədiyi “The New York Times” qəzetinin bu materialına həvəslə yer verməsi və tirajlaması da maraqlıdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?