GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » HARRİSLƏ DAVAM, YOXSA TRAMPLA TAMAM? – Trampın mümkün qələbəsi Ukraynaya nə vəd edir?

HARRİSLƏ DAVAM, YOXSA TRAMPLA TAMAM? – Trampın mümkün qələbəsi Ukraynaya nə vəd edir?

Tarix: 29-07-2024, 13:47 Bölmə :Dünya Baxış: 109

Noyabr ayında ABŞ-də keçiriləcək prezident seçikisindən çıxan nəticənin Ukraynadakı müharibənin müqəddəratına necə təsir göstərəcəyi beynəlxalq aləmin diqqət mərkəzində olan əsas mövzulardan biridir. Maraqlıdır ki,Rusiya KİV-ləri və analitikləri öncəki dövrlərlə müqayisədə Donlad Trampa heç də böyük rəğbət ifadə etmirlər və daha ehtiyatlı proqnozlar verirlər. Lakin nədənsə Ukraynada bunun əksinə rast gəlirik. Bunun səbəbi ABŞ-nin indiki administrasiyasının Ukraynaya edilən hərbi yardımlar ətrafında yaxşı PR kampaniyası qurması ilə bağlıdır. Əsl həqiqətlər isə bəzəkli təbliğat fəndləri vasitəsilə gizlədilir.

Bu arada Trampın prezidentliyi dönəmində ABŞ dövlət katibi olmuş Mayk Pompeo “The Wall Street Journal” qəzetinə yazdığı məqaləsində təklif edib ki, Trampın yenidən prezident seçildiyi təqirdə Ukrayna üçün 500 milyard dollar həcmində lend-liz proqramı yaratması lazımdır. Əgər Pompeonun təklifi reallaşarsa, bu, Ukraynanın müdafiəsinin, hətta qələbəsinin təminatı üçün konkret və nəhəng yardım olar.

Ancaq hər halda, indiyədək Bayden hökuməti buna bənzər ideya irəli sürməyib. Yalnız Ukraynaya “biz sizin arxanızda sonadək durmuşuq” deməklə və yarımçıq, damla-damla həyata keçirilən silah təchizatı ilə yetiniblər. Nəticə isə göz qabağındadır...

Gəlin, Bayden administrasiyasının reallıqda Ukraynaya necə yardım yollamasına qısaca nəzər yetirək. Beləliklə, Ağ evin Ukraynaya etdiyi yardımın son həcmi 60 milyard dollar olaraq göstərilir. Lakin bu məbləğ çərçivəsində silahlar birdən- birə yox, çox kiçik porsiyalarla verilir və bunun effekti itir. Bu yaxınlarda bəlli olub ki, Ukrayna üçün 2023-cü ildə nəzərdə tutulmuş 20 milyard dollarlıq silahın böyük hissəsi “mühasibat hesabının səhvi” ucbatından it-bata salınıb. Deməli, bu ilin iyununda ABŞ Müdafiə Nazirliyi Ukraynaya göndərilən yardımlarda 6,2 milyard dollar dəyərində xətaya yol verdiyini etiraf edib. Yəni hərbi texnikanın qiyməti mühasibat səhvi üzündən düzgün hesablanmayıb. Lakin buna baxmayaraq, nazirliyin baş müfəttişi bu rəqəmin daha yüksək olması barədə məlumat verib və bildirilib ki, əlavə 1,9 milyard dəyərində yanlış hesablama var. Bununla da ümumi səhv 8,1 milyard dollar təşkil edib. Əlavə olaraq onu qeyd edək ki, 4 milyard dollar da prezidentin sərəncamında qalıb və xərclənməyib. Yəqin ki, bu pul yenidən dövriyyəyə qaytarılmayacaq. Bəs niyə belə alınıb? Səbəb Ukraynaya göndərilən silahların əksəriyyətinin köhnə olması, lakin onun yeni istehsal məhsulu qiymətinə hesablanması və şişirdilməsi ilə bağlıdır. Ümumi yekunda gördüyümüz mənzərə alınıb və Ukraynaya 20 milyard dollar əvəzinə 8 milyard dollarlıq silah yollanılıb...

Təbii sual meydana gəlir: Ukrayna hakimiyyəti bunu görmürdümü və niyə buna etiraz etmirdi? Ortada çoxsaylı versiyalar var. Yəqin ki, Ağ ev administrasiyasndan səhvin tezliklə düzəldiləcəyini vəd ediblər və ya deyiblər ki, nə verilibsə onunla razılaşın. Bu, Baydenin indiyədək Ukraynaya necə yardım etdiyinin əyani nümunəsidir. Əgər Demokratlar yenidən ABŞ prezidentliyinə yiyələnərlərsə, Ukrayna məhz bu cür rəftara məruz qalacaq. Kiyevə həmişəki kimi vədlər veriləcək və müharibənin gedişinə uyğun olaraq ara-sıra az miqdarda silah yollanacaq.

Hazırda Ukrayna analitiklərinin, jurnalistlərinin əksəriyyəti həyəcan təbili döyərək bildirirlər ki, Trampın gəlməsi onlar üçün daha pis ssenaridir. Hələ üstəlik deyirlər ki, Bayden olmasaydı Putin Kiyevdə 9 may paradı keçirəcəkdi, ona və komandasına böyük təşəkkürlər düşür.

Ukraynaya gerçək dəstək edən ölkələr də var. Onların isə hərbi potensialları böyük deyil. Bu ölkələr yardım göstərməklə yanaşı tez-tez mənəvi dəstək təşkil edən çağırışlar da səsləndirirlər.

Əslində, məntiqlə Ukrayna rəhbərliyi və hərbi komandanlığı döyüş meydanındakı fəaliyyətlərini böyük himayədar rolunda çıxış edən ABŞ-nin müharibəyə münasibətini bilmək şərtilə qurmalıdırlar. Onlar anlamalıdırlar ki, Rusiya bundan sonra əlavə 2-3 il müharibə aparmağa hazırlaşır və bütün hərbi tapşırıqlarını da məhz bu paradiqmaya uyğun şəkildə həyata keçirməyə çalışır. Hazırda “sürünə-sürünə irəliləmək” taktikasını seçən Rusiya ordusu böyük itkilərə baxmayaraq bütün cəbhə boyu durmadan hücuma keçir. Onlar bir neçə istiqamətdə irəliləyiblər. Düzdür, bunlar operativ əhəmiyyət kəsb emir. Lakin Rusiya komandanlığının strateji planında Ukrayna ordusunu taqətdən salmaq prioritet kimi qarşıya qoyulub.

Rusların hücumlarının intensivləşməsinin daha bir səbəbi ABŞ-də keçiriləcək seçkilərlə bağlı ola bilər. Moskva anlayır ki, Kamala Harrisin prezident olması ABŞ-nin müharibəyə münasibətində və Ukraynanın dəstəklənməsi dinamikasında böyük dəyişkilik yaratmayacaq. Amma Donald Trampın prezidentliyinin mövcud vəziyyətdəki tarazılığı pozma ehtimalı yüksəkdir Baxmayaraq ki, beynəlxalq KİV-lər bunun əksini yazırlar...

Bu müharibənin siyasi, daha doğrusu isə geostrateji və qlobal tərəfləri nəzərə alınmazsa, Kiyevin vəziyyəti mürəkkəbləşəcək. Çünki müharibə əvvəl-axır hansısa siyasi razılaşma ilə bitəcək və burada maraqlı qüvvələrin istəyi ön planda dayancaq. İndiyədək Qərb və ələlxüsus da ABŞ Ukraynanın qalib gəlməsini istəməyib. Sözsüz ki, Zelenski bunu bilməmiş deyil və hətta müsahibələrinin birində söyləmişdi ki, Qərbin davranışları göstərir ki, onlar Rusiyanın uduzmasını və bizim qalib gəlməyimizi istəmirlər. Ukrayna gələcəyə yalnız ümidlə yanaşır. Bəzi Ukrayna analitikləri iki ay bundan öncə deyirdilər ki, Ukrayna payızda Krım yarmadasını azad edəcək. Payıza nə qaldı ki?

Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı, general-polkovnik Aleksandr Sırski “The Guardian” qəzetinə verdiyi müsahibəsində söyləyib ki, ”F-16” qırıcıları müharibənin gedişində dönüş yarada bilərlər. Ukrayna ordusu hələ lik “F-16”-ları bu ilin martında gözləyirdi. Lakin hələ də bu təyyarələrin verilməsinin konkret vaxtı bəlli deyil. Ukraynanın ABŞ-dəki səfiri Oksana Markarova deyib ki,”F-16” təyyarələri bu il göndərilə bilər. Mütəxəssislərin qənaətinə görə, əgər 50-60 ədəd nisbətən yeni modifikasiyalı “F-16” qırıcısı olmazsa, müharibədə əsaslı dönüş gözləmək əbəsdir. Bəllidir ki, silah yardımının yetərsizliyi bir yana, hələ üstəlik hər şeyin çatdırılması uzadılır, ləngidilir.

İki il yarımdır davam edən müharibə göstərir ki, ABŞ və Avropa Ukraynaya qalib gəlmək üçün yox, ayaq üstə durmaq və döyüşləri davam etdirə bilməsi üçün silah verirlər. Amma məsələ ondadır ki, Trampın hakimiyyətə gəlməsi mövcud vəziyyəti dəyişə bilər və Ukrayna özünü aldatmaqdan qurtular. Sözsüz ki, Tarampın qələbəsi qətiyyən vəziyyətin müsbətə doğru dəyişəcəyinə 100 faizlik təminat deyil. Amma hər halda bu, savaşın bitməsi üçün yeni bir şans ola bilər. Yoxsa, ABŞ-nin “dişsizliyi” fonunda uzanan müharibə Rusiyanın taqətdən salma ssenarisinə müvafiq gedəcək./azpolitika.info/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Pompeo Demokratları Dövlət Departamentinin işçilərini qısnamaqda günahlandırdı

    Pompeo Demokratları Dövlət Departamentinin ...

    2-10-2019, 11:44

  • 
  • “Tramp axmaq siyasət yürüdür” – “Wall Street Journal”

    “Tramp axmaq siyasət yürüdür” – “Wall Street ...

    23-11-2018, 09:48

  • 
  • Mayk Pompeo Senatın ciddi sualları ilə qarşılaşıb

    Mayk Pompeo Senatın ciddi sualları ilə qarşılaşıb ...

    13-04-2018, 11:16

  • 
  • Mayk Pens: Trampın seçki kampaniyasının Rusiya ilə əlaqəsinə dair təhqiqat dayandırılmalıdır!

    Mayk Pens: Trampın seçki kampaniyasının Rusiya ...

    11-05-2018, 16:27

  • 
  • Mayk Pompeo Yaxın Şərqdə səfərdədir

    Mayk Pompeo Yaxın Şərqdə səfərdədir ...

    28-04-2018, 19:53


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (99)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu