Slovakiyanın baş nazirinin müavini Tomaş Taraba açılış mərasimindən narazı olduğu üçün Olimpiya Oyunlarının bağlanış mərasiminə getməkdən imtina edib.
GUNDEMXEBER.AZ bildirir ki, bu barədə o, "Facebook" səhifəsində yazıb. Qeyd edək ki, bağlanış mərasimində Slovakiyanı Taraba təmsil etməli idi. Onun sözlərinə görə, bu Olimpiada həmişə normal dünya üçün pozğun tənəzzülün iyrənc simvolu olacaq. O, təşkilatçıları idmanın gözəlliyindən sui-istifadə etməkdə və bundan mütərəqqi siyasi teatr yaratmaqda ittiham edib. Xatırladaq ki, Oyunların açılış mərasimi iyulun 26-da baş tutub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?