Gundemxeber.az » Dünya » Zelenskinin Ofisindən SON DƏQİQƏ açıqlaması - Ukrayna hazırdır...
Ukrayna Rusiya Federasiyası ilə danışıqlara hazırdır.
GUNDEMXEBER.AZ xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib.
Onun sözlərinə görə, Ukrayna Rusiya ilə beynəlxalq hüquqa əsaslanan şərtlərlə danışıqlara hazırdır:
“Sözsüz ki, danışıqlara ehtiyac var, lakin Ukrayna açıq şəkildə deyir: gəlin bir konsepsiya kimi beynəlxalq hüquqa əsaslanan şərtlərlə danışıqlar aparaq”.
Podolyak qeyd edib ki, danışıqlar üçün əsas şərt Ukraynanın ərazi bütövlüyü və suverenliyidir.
Bu gün səhər saatlarında Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, Ukrayna ərazilərin azad olunmasını gözləmədən Rusiya ilə danışıqlar aparmalıdır.
Ukrayna Ali Radasının deputatı Artem Dmitruk isə hərbi əməliyyatları dayandırmaq üçün Rusiya ilə danışıqlara tez başlamağa çağırıb. Siyasətçinin fikrincə, onun üçün ən vacibi dövləti və vətəndaşların həyatını qoruyub saxlamaqdır.
GUNDEMXEBER.AZ
21-08-2017, 14:53
27-09-2022, 15:40
12-11-2017, 13:52
4-09-2014, 19:57
11-04-2022, 16:17
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?