Rusiya sərhədçiləri təkcə “Zvartnots”dan yox, Yerasx kəndindən (Arazdəyən) də çıxarılıb.
Bunu erməni politoloq Edqar Qazaryan deyib. Onun sözlərinə görə, Rusiya sərhədçilərinin Paruyr Sevak kəndindəki bazası da çıxarılıb. Qazaryan bu bazanın Kərki və Arazdəyən kəndləri istiqamətində yerləşdiyini qeyd edib. Politoloq Kərki və Arazdəyənin Azərbaycana təhvil veriləcəyini də iddia edib, hesab edir ki, ruslar sözügedən istiqamətdə bu məqsədlə çıxarılıb. İddiasında bir az da irəli gedən Qazaryan Azərbaycan ordusunun Naxçıvandan İrəvana hücum edəcəyini bildirib: “Yerasx yaxınlığında, Naxçıvanda Azərbaycan ordusunun tank diviziyası yerləşdirilib, onun yalnız bir döyüş tapşırığı var: İrəvan istiqamətində hücum. Bu qərar artıq verilib”. Erməni politoloqun "İrəvana hücum" iddiasına gəlincə, belə iddialar son illərdə Rusiya ilə aralarının soyuq olmasından irəli gəlir. 1990-cı illərdə Rusiyadan aldıqları dəstək və yardım hesabına ərazilərimizi işğal edən ermənilər bu gün bu dəstəkdən məhrum olublar. İndi Rusiyasız - müttəfiqsiz və ağasız qalan ermənilər öz ehtimallarından qorxmağa başlayıblar. Heç vaxt sahibsiz qalmağa adət etməmiş Ermənistanın belə iddialarda olması normaldır. Bu narahatlığı yaradan həm də vaxtilə Azərbaycana qarşı həyata keçirdikləri hərbi cinayətlər və işğalın bədəlini bir gün başqa formalarda ödəyəcəkləri ehtimalı ilə əlaqəlidir. Yəni erməniləri qorxudan öz günahlarıdır.
Sorğu
Yeni dizaynımız necədir?