Gundemxeber.az » Dünya » Rusiyadakı özbək icmasının rəhbəri Baratov məhkum olundu - 4 il
Avqustun 12-də Rusiyadakı özbək icmasının rəhbəri Usman Baratovun barəsində Moskva məhkəməsində hökm çıxrılıb.
GUNDEMXEBER.AZ Rusiya mediasında istinadla xəbər verir ki, bu barədə paytaxtın İstintaq Komitəsi öz Telegram kanalında məlumat yayıb.
Onun barəsində “Nifrət və ya düşmənçiliyin salınması, o cümlədən insan ləyaqətinin alçaldılması” maddəsi ilə cinayət işi açılmışdı. Cinayət işinin Moskva üzrə İstintaq Komitəsinin baş istintaq idarəsinin xüsusi mühüm işlərin (şəxsiyyət və ictimai təhlükəsizlik əleyhinə cinayətlər) istintaqı üzrə birinci idarəsi təhqiq edirdi.
Məhkəmənin qərarı ilə Rusiyadakı özbək icmasının rəhbərinə ümumi rejimli koloniyada 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Xatırladaq ki, ekstremist və terrorçuların reyestrinə daxil edilmiş Usman Baratov 2023-cü ilin dekabrında sosial şəbəkədə pylaşım edib. İddia olunur ki, həmin yazıda o, “xüsusi əməliyyat iştirakçılarının ləyaqətini alçaldan” fikirlərı olub.
Yumurtanın qiymətləri ilə bağlı yazdığı statusda Baratov danışan toyuq şəkli paylaşıb və onun dilindən yazıb: “Alın, yumurta əvəzinə bunu görərsiniz! Ön cəbhədəki xoruzları geri qaytarın!”
Bir ay sonra, fevralda “Rosfinmonitorinq” onu ekstremistlərin və terrorçuların reyestrinə daxil edib.
GUNDEMXEBER.AZ
10-07-2017, 16:45
17-10-2019, 15:49
20-02-2015, 13:05
1-12-2016, 11:37
5-09-2020, 15:57
Sorğu
Yeni dizaynımız necədir?