Rusiyada istehlak olunan qeyri-ərzaq məhsullarının yarıdan çoxu birbaşa idxal yolu ilə xaricdən gətirilir.
Gundemxeber.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu məlumatı ölkənin Sənaye və Ticarət Nazirliyinin Daxili Ticarətin İnkişafı Departamentinin direktoru Nikita Kuznetsov Sahibkarların VI Uzaq Şərq Forumu zamanı açıqlayın.
Onun sözlərinə görə, əgər komponentlər də nəzərə alınarsa, qeyri-ərzaq məhsullarının 70 faizdən çoxunun idxal edildiyi aydınlaşar. Bu idxal ildə Rusiyadan azı 15 trilyon rublun xaricə axmasına gətirib çıxarır.
Sorğu
Yeni dizaynımız necədir?