Gundemxeber.az » Dünya » “Əgər təklif olsa, MKİ rəhbəri olmaq istərdim” – Kennedi
ABŞ-də seçki yarışına müstəqil namizəd kimi qoşulan kiçik Robert Kennedi belə bir təklif olacağı təqdirdə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri postunu tutmaq istədiyini bildirib.
GUNDEMXEBER.AZ xəbər verir ki, o bu barədə amerikalı jurnalist Taker Karlsonla müsahibəsində bildirib.
“Bəli, mən razı olardım, ancaq ABŞ Konqresinin Senatı tərəfindən heç vaxt təsdiqlənməzdim”, - kiçik Kennedi qeyd edib.
Onun sözlərinə görə, ABŞ kəşfiyyat xidmətləri Senatın çox güclü komitələri tərəfindən qorunur.
“Mən o komitələrdəki insanlar üçün çox təhlükəli olardım”, - o, əlavə edib.
Qeyd edək ki, keçən həftə kiçik Kennedi kampaniyasını dayandırdığını və prezidentlik yarışında Respublikaçı namizəd Donald Trampı dəstəklədiyini açıqlayıb.
GUNDEMXEBER.AZ
24-07-2024, 13:37
18-08-2020, 11:39
8-05-2024, 23:36
22-12-2013, 14:01
31-01-2017, 23:55
Sorğu
Yeni dizaynımız necədir?