ABŞ-da Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı saxlanılıb.
GundemXeber.Az xəbər verir ki, bu məlumatı ABŞ Ədliyyə Nazirliyi yayıb. O, məxfi məlumatı Çin kəşfiyyat xidmətinə ötürməkdə ittiham edilib. Onun Çin kəşfiyyatına xüsusilə MKİ-nin iş metodları barədə məlumat sızdırdığı qeyd olunub.
MKİ-nin 67 yaşlı keçmiş əməkdaşının avqustun 14-də saxlanıldığı bildirilib. Onun ABŞ xüsusi xidmət orqanından 1989-cu ildə azad olduqdan sonra Şanxayda yaşadığı və 2001-ci ildə ABŞ-a döndüyü vurğulanıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?