İranın ali dini lideri Ayətullah Əli Xamenei çərşənbə axşamı ABŞ və İranın nüvə proqramı məsələsinə toxunaraq hökumətə bildirib ki, "düşmən”lə ünsiyyətə "heç nə mane olmur”.
GUNDEMXEBER.AZ xarici KİV-ə istinadla bildirir ki, Ayətullah Əli Xameneinin açıqlamaları islahatçı prezident Məsud Pezeşkian hökuməti tərəfindən baş tuta biləcək istənilən danışıqlar üçün aydın qırmızı xətlər müəyyən edib və Vaşinqtona etibar edilməməsi ilə bağlı xəbərdarlığını yeniləyib.
"Bu, müəyyən vəziyyətlərdə düşmənlə qarşılıqlı əlaqədə ola bilməyəcəyimiz anlamına gəlmir. Bunda qəbahət yoxdur, amma onlara güvənməyin", - Xameneyi rəsmi saytında yazılan stenoqramda bildirib.
Bütün hökumət işlərində son söz sahibi olan Xameneyi Pezeşkianın kabinetinə də xəbərdarlıq edib: "Düşmənə güvənməyin”.
85 yaşlı Xameneyi müəyyən vaxtlarda Vaşinqtonu danışıqlara çağırıb, lakin o vaxtkı prezident Donald Tramp 2018-ci ildə ABŞ-ı birtərəfli qaydada sazişdən çıxardıqdan sonra danışıqlardan imtina edib.
Son illərdə İran məsələsinə gəlincə, ABŞ-ın Yaxın Şərqdəki iki tərəfdaşı olan Oman və Qətərin vasitəçiliyi ilə İran və ABŞ arasında dolayı danışıqlar aparılıb. Xamneyinin bəyanatı Qətər baş nazirinin ölkəyə səfərindən bir gün sonra verilib.
"Biz İran rəhbərliyini sözlərinə deyil, hərəkətlərinə görə mühakimə edəcəyik", - ABŞ Dövlət Departamenti "Associated Press"ə şərhində deyib.
"Biz uzun müddətdir ki, diplomatiyaya İranın nüvə proqramının effektiv, davamlı həllinə nail olmaq üçün ən yaxşı yol kimi baxırıq”, - bəyanatda deyilir:
"Lakin biz indi İranın bütün sahələrdə eskalasiyasını, o cümlədən nüvə eskalasiyasını və Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıqdan imtinasını nəzərə alsaq, belə bir şeydən uzağıq...” - məlumatda deyilir.
Sorğu
Yeni dizaynımız necədir?