Gundemxeber.az » Dünya » ABŞ-da yataqxananı partladan erməni tələbənin hədəfi bu imiş: Qarabağda separatçıları...
ABŞ-da Aram Brunson adlı universitet tələbəsi erməni yaraqlılarını ruhlandırmaq məqsədi güdən hadisələr törətməkdə təqsirli bilinib.
Bu barədə ABŞ Ədliyyə Nazirliyi yazılı açıqlama verib.
Açıqlamaya görə, 2023-cü ildə Çikaqo Universitetində tələbə olarkən yataqxanada baş verən partlayışdan sonra 21 yaşlı Brunsona qarşı araşdırmalar aparılır.
Brunsonun yataqxanada partlayıcı qurğu hazırlamağa çalışdığı və onu təsadüfən işə saldığı iddia edilir. Lakin gənc səlahiyyətlilərə internetdə gördüyü bir zarafatı həyata keçirmək üçün bunu etdiyini bildirib.
Ona qarşı aparılan istintaq iddia edir ki, Brunson erməni separatçılarına dəstək vermək üçün inqilabi və terrorizm fəaliyyəti ilə məşğul olmağa çalışıb.
İddialar arasında Brusonun internet axtarışlarında "ABŞ-dakı xarici diplomatik missiyalara qarşı fəaliyyət planı hazırlaması" da var. Digər tərəfdən, sənədlərdə onun bu fəaliyyətinin Qarabağda azərbaycanlılara qarşı silahlı aksiyalarda iştirak etmək istəyi ilə əlaqəli olduğu qeyd edilir.
Bir müddət Çikaqo Universitetində təhsil alan Brunsonun hazırda Ermənistanın paytaxtı İrəvanda yaşadığı və oradakı Amerika Universitetində təhsilini davam etdirdiyi iddia edilir./publika.az
12-10-2018, 16:37
20-12-2015, 12:54
8-09-2017, 11:48
30-09-2020, 09:40
28-04-2016, 16:25
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?