Ermənistan Baş Prokurorluğu eks-prezident Serj Sarkisyanın bəraət hökmündən Antikorrupsiyaya Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib.
Gundemxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
S.Sarkisyan mayın 31-də “dizel işi”ndə cinayət tərkibi olmadığına görə bəraət alıb. Məhkəmə iş üzrə digər şəxslərə - 2013-cü ildə Kənd Təsərrüfatı Nazirliyində bitkiçilik idarəsinə rəhbərlik etmiş "Flash" şirkətinin sahibi (neft məhsulları idxalçısı) Barseq Beqlaryan və Gevorq Arutyunyana da bəraət verib.
Eks-prezidentə qarşı ittihamların mahiyyəti ondan ibarət idi ki, o, 2013-cü ildə "Fleş" şirkətinə fermerlər üçün subsidiyalaşdırılmış dizel yanacağının tədarükü üzrə tenderi qazanmağa kömək edib.
Prokuror Sarkisyanın təqsirli bilinməsini təklif etsə də, sonradan müddətin bitməsi səbəbindən onun cinayət məsuliyyətindən azad edilməsini təklif etmişdi. Müdafiə tərəfi bununla razılaşmamış, Sarkisyanın özü isə təqsirini inkar etmişdi.
Həmçinin işin iştirakçıları arasında keçmiş kənd təsərrüfatı naziri Serq Karapetyan və onun müavini Samvel Qalstyan da var idi, lakin onların ölümü ilə əlaqədar cinayət işlərinə xitam verilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?