Gundemxeber.az » Dünya » Aİ miqrasiya sistemi islahat olmazsa, dağılacaq - Macarıstanlı nazir
Avropada miqrasiya böhranından sonra Macarıstan hakimiyyəti ölkə sərhədlərini keçən miqrant və qaçqınlara qarşı sərt siyasət yürütməyə başlayıb. Buna görə Budapeşt BMT-nin humanitar qurumları və Avropa İttifaqı tərəfindən kəskin tənqid edilib.
Aİ-nin miqrasiya sisteminin əsas qaydalarında islahatlar edilməsə, bu ittifaq dağılacaq.
Bunu Macarıstanın Aİ məsələləri üzrə naziri Yanos Boka "Bloomberq" agentliyinə müsahibəsində bildirib.
"Biz Aİ-də mövcud olan bütün miqrasiya və sığınacaq sisteminin dağılması riskini daşıyırıq" - o, sözünə davam edib.
Nazirin sözlərinə görə, böhrandan qaçmaq üçün miqrantların qəbulu sisteminin işləməsindən ötrü əsas qaydalara yenidən baxmaq lazımdır.
Boka daha əvvəl bildirmişdi ki, Macarıstan Niderland kimi Avropa Komissiyasından miqrantların qəbulu ilə bağlı Aİ qaydalarına əməl etməməsinə icazə verməsini xahiş edir.
Qeyd edək ki, keçən həftə Niderlandın Sığınacaq və Miqrasiya naziri Maryoleyn Faber Avropa Komissiyasına məktub göndərərək Haaqanın sığınacaq rejimini sərtləşdirmək üçün Aİ miqrasiya qaydalarından imtina etmək niyyətini açıqlayıb. AK qeyd edib ki, Aİ-nin sığınacaq və miqrasiya ilə bağlı qaydaları Haaqanın onlardan imtina etmək istəyinə baxmayaraq, "Hollandiya üçün məcburi olaraq qalır".
Avropada miqrasiya böhranından sonra Macarıstan hakimiyyəti ölkə sərhədlərini keçən miqrant və qaçqınlara qarşı sərt siyasət yürütməyə başlayıb. Buna görə Budapeşt BMT-nin humanitar qurumları və Avropa İttifaqı tərəfindən kəskin tənqid edilib. İyun ayında Aİ-nin Lüksemburq məhkəməsi Macarıstanı miqrantların qəbulu ilə bağlı Aİ-nin ümummilli qaydalarının pozduğu üçün əvvəlki məhkəmə qərarlarını yerinə yetirməkdən imtina etdiyinə görə 200 milyon avro cəriməyə, eləcə də gündəlik bir milyon avro ödəməyə məhkum edib. Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Budapeşt miqrasiya siyasətini dəyişməyəcək və Aİ məhkəməsini amerikalı milyarder Corc Soros idarə edir.
GUNDEMXEBER.AZ
8-09-2015, 13:30
18-07-2013, 09:11
26-02-2017, 23:45
14-12-2022, 14:22
7-10-2016, 00:52
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?