Qərbin hədəfi Cənubi Qafqazda NATO rejimi tətbiq etmək və regionu alyansın müttəfiqinə çevirməkdir.
GUNDEMXEBER.AZ Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın keçmiş səfiri Dzünik Ağacanyan deyib. Onun sözlərinə görə, Qərb Rusiyanın sərt reaksiyasından ehtiyat etdiyi üçün prosesi Avropa Birliyinin regionla yaxınlaşması görüntüsü altında aparır: “Bu nöqteyi-nəzərdən Avropanın müşahidəçi missiyasının Ermənistana gətirilməsi təsadüfi deyildi, yəni İrəvan hazır idi. Əvvəldən planlaşdırılırdı ki, missiya sülhməramlı rolunu oynayacaq. Amma Azərbaycanın reaksiyası və ssenarinin Qərbin hazırladığı kimi getməməsi onları müvvəqqəti çıxış yolu tapmağa məcbur etdi. Biz görürük ki, missiyanın tərkibi genişləndirilir, səlahiyyətləri artırılır. Üstəlik, bu gün Ermənistanın kəşfiyyat sferası tam olaraq Qərbin təsiri altındadır, Müdafiə Nazirliyinin sisteminə isə ABŞ nümayəndəsi sızdırılıb. Bu keçidin nəticəsi müharibə, Qarabağın itirilməsi oldu. ABŞ artıq gizlətmir ki, İrəvan Qərbin təsir dairəsinə düşəcəyi halda onu bir neçə soyuq qış gözləyir”.
Sorğu
Yeni dizaynımız necədir?