Birləşmiş Ştatlar İsraildən Qəzza zolağında aclıqla üzləşən fələstinlilərə humanitar yardımın artırılmasına çağırıb. Əks təqdirdə ABŞ İsrailə HƏMAS militantları ilə bir illik müharibəsində hərbi yardımı azalda biləcəyini bildirib.
ABŞ Dövlət Katibi Antoni Blinken və Müdafiə Naziri Lloyd Austin yüksək rütbəli İsrail rəsmilərinə ünvanladıqları məktubda Vaşinqtonun Qəzzada pisləşən humanitar durumdan “dərindən narahat” olduqlarını çatdırıb. Məktub İsrail rəhbərliyini hökumətin bu trayektoriyanı dəyişməsi üçün “təcili və davamlı ölçülər” götürməyə çağırır.
Dövlət Departametninin sözçüsü Metyu Miller mesajın özəl diplomatik komunikasiya üçün nəzərdə tutulduğunu bildirib, ancaq eyni zamanda onun həqiqiliyini təsdiqləyib.
İsrailin HƏMASA qarşı qızğın döyüşlər apardığı vaxt boyunca artıq aylardır ki, ABŞ hökuməti dəfələrlə İsraili fələstinli mülki vətəndaşlara humanitar yardımı - ərzaq, içməli su, tibbi ləvazimatlar, yanacaq və başqa malların çatdırılmasını artırmağa səsləyib.
Lakin yardım səyləri müxtəlif maneələrlə - o cümlədən militantların yardımı oğurlaması, paylanma nöqtələrində döyüşlər və Qəzzaya daxil olma marşrutları üzərində mübahisələrlə müşayiət olunub.
Hərçənd ki, bəzi solçu ABŞ qanunvericiləri Prezident Co Baydeni İsrailə hərbi yardımı kəsməyə çağırıb, Birləşmiş Ştatlar İsraili hərbi yardımla təchiz etməkdə davam edir.
Ötən bazar günü Bayden Pentaqona İsrailə yüksək texnologiyalı raketdən müdafiə sistemi göndərmək və sistemi idarə etmək üçün 100 ABŞ hərbi qulluqçusu ayırmaq əmri verib
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?