GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Öcalanla 43 ay sonra ilk görüş olub - Nə danışılıb?

Öcalanla 43 ay sonra ilk görüş olub - Nə danışılıb?

Tarix: 24-10-2024, 14:06 Bölmə :Dünya Baxış: 95


Xəbər verdiyimiz kimi, Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı oktyabrın 22-si partiyasının qrup toplantısında PKK terror təşkilatının lideri Abdullah Öcalanın parlamentə gələrək PKK-nın buraxılmasını elan etməsini təklif edib.

Onun sözlərinə görə, bunun üçün Öcalana parlamentdə çıxış etməyə şərait yaradılmalıdır: “Terrorçuların liderinin təcridi aradan qaldırılarsa, qoy parlamentə gəlib, kürdyönümlü DEM fraksiyasının iclasında çıxış etsin, terrora son qoyulduğunu və PKK təşkilatının buraxıldığını elan etsin”.

Siyasətçi, Öcalanın bu addımdan sonra qanunvericilikdəki “Umut hakkı” layihəsi qüvvəyə minərsə, bundan yararlana biləcəyini vurğulayıb.

Məhz Baxçalının bu təklifindən sonra Öcalanla ilk görüş olub.

Bu məlumatı tanınmış jurnalist, “Hürriyet”in köşə yazarı Abdulkadir Selvi yayıb.

Onun sözlərinə görə, Abdullah Öcalanla sonuncu dəfə qardaşı Mehmet Öcalan 2019-cu ilin avqustunda görüşüb. 43 aydır ki, onunla görüşə icazə verilmirdi. Uzun müddət sonra ilk görüş ötən gün baş tutub.

PKK-nın siyasi qolu olan Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) Şanlıurfadan olan millət vəkili, Abdullah Öcalanın qardaşı oğlu Ömər Öcalan dünən Öcalanın hazırda cəzasını çəkdiyi İmralı həbsxanasına gedərək onunla görüşüb. Türkiyə vaxtı ilə saat 11:00-da başlayan görüşün 2 saat davam edib.

PKK rəhbərinin görüşdə təcrid şərtləri aradan qaldırılarsa və ünsiyyət imkanı yaradılarsa, silahların yerə qoyulmasında rol oynaya biləcəyi mesajını verdiyi bildirilir.

“Tarixi məsuliyyətimi yerinə yetirməyə hazıram. Təşkilatı silahı yerə qoymağa çağıracağam”, - deyə Öcalan bildirib.

“Belə aydın olur ki, MHP lideri Baxçalının gündəmə gətirdiyi “Umut hakkı” qanun layihəsi Öcalan üçün ümidverici olub”, - jurnalist yazıb.

O, daha sonra Öcalanın bir müddət əvvəl “həbsxanadan tabutla çıxmaq istəmirəm” dediyini də sözlərinə əlavə edib.

“Amma Kandilin (PKK-nın məskunlaşdığı ərazi - red.) Öcalanın bu mesajına necə cavab verəcəyi maraqlıdır. Belə ki, 2013-cü ildə Novruz bayramı zamanı Abdullah Öcalan Diyarbəkir meydanında on minlərlə insanın qarşısında verdiyi açıqlamada təşkilatı silahı yerə qoymağa və demokratik siyasətə çağırmışdı. Ancaq Kandil Hendekdə döyüşlərin, təktərəfli müharibə prosesinin başladığını bəyan edərək həll prosesinə mane olmuşdu.

Dediyim kimi, Kandilə həll proseslərində təsir edə bilməyən PKK lideri Abdullah Öcalanın 43 aydır heç kimlə görüşünə icazə verilmirdi. Baxçalının çağırışı ilə PKK-nın tərksilah edilməsi və terrora son qoyulmasında yenidən təşəbbüs göstərmək istədiyini deyən Öcalana sonuncu dəfə şans verildiyi bildirilir.

Görək bu dəfə Öcalanın Kandilə təsiri olacaqmı?!”, - deyə Selvi vurğulayıb.

Qeyd edək ki, “Umut hakkı” layihəsi cari ilin sentyabrın 30-u PKK-nın siyasi qolu olan Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM) tərəfindən irəli sürülüb. Sözügedən qanun layihəsi ağırlaşdırılmış ömürlük həbsə məhkum edilmiş məhkumların 25-ci ildən etibarən şərti azadlığa çıxma hüququna malik olmasını nəzərdə tutur.

Türkiyə qanununa görə isə, “Dövlətin təhlükəsizliyi əleyhinə cinayətlər”, “Konstitusiya quruluşuna və bu Sərəncamın fəaliyyətinə qarşı cinayətlər” və “Milli müdafiə əleyhinə cinayətlər”ə görə məhkum edilmiş şəxslər heç bir şərtlə ömür boyu azadlığa buraxıla bilməzlər.

Öcalanın azadlığa buraxılması üçün Edam Qanununun 107-ci maddəsinin 16-cı bəndinin ləğv edilməsi kifayətdir. Bu bənddəki “şərti azad etmə müddəaları tətbiq edilmir” bəndi çıxarılarsa, Öcalanın şərti azadlığa buraxılma şərtləri qiymətləndirilə bilər.

Onu da xatırladaq ki, PKK lideri Abdullah Öcalan 1999-cu ildə həbs edilib və terror fəaliyyətlərinə görə ölüm cəzasına məhkum edilib. Bu hökm daha sonradan ömürlük həbs cəzası ilə əvəz edilib. O, hazırda cəzasını Mərmərə dənizində yerləşən İmralı adasında təkadamlıq kamerada çəkir./“Qafqazinfo”


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • PKK liderləri tutuldu, Öcalanın yanına aparılır - İDDİA

    PKK liderləri tutuldu, Öcalanın yanına aparılır - ...

    21-06-2018, 11:29

  • 
  • Öcalanın deputat olan bacısı qızı saxlanıldı

    Öcalanın deputat olan bacısı qızı saxlanıldı ...

    8-02-2017, 01:26

  • 
  • Türkiyə hakimiyyəti PKK ilə anlaşır

    Türkiyə hakimiyyəti PKK ilə anlaşır ...

    10-01-2013, 11:31

  • 
  • Öcalanın 12 ildən sonra ilk fotosu

    Öcalanın 12 ildən sonra ilk fotosu ...

    21-12-2013, 11:05

  • 
  • Öcalana ev tikilir

    Öcalana ev tikilir ...

    10-02-2013, 11:09


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu