Gundemxeber.az » Dünya » İsrail ordusu daha 19 nəfəri qətlə yetirib - Livan Səhiyyə Nazirliyi
Livanda son sutkada İsrail ordusunun hava zərbələri nəticəsində 19 nəfər ölüb, daha 118 nəfər yaralanıb.
GUNDEMXEBER.AZ bildirir ki, bu barədə “Associated Press” Livan Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirliyin məlumatına görə, Bəqaa vadisində İsrailin bombardmanları sonucunda 5 nəfər həlak olub.
Bildirilib ki, işğalçı İsrail ordusunun Livana təcavüzü nəticəsində son bir il ərzində ölənlərin ümumi sayı 2,5 mini ötüb və 12,1 min nəfər yaralanıb.
Livanın Böhran İdarəetmə Qurumu son sutka ərzində əsasən ölkənin cənub hissəsində yerləşən Cənubi Livan və Nabatiyə əyalətlərində 111 hava zərbəsi və atəş açılmasını qeydə alıb.
GUNDEMXEBER.AZ
14-10-2024, 11:17
1-07-2017, 14:58
29-12-2013, 15:07
18-05-2021, 22:22
6-05-2016, 02:25
Sorğu
Yeni dizaynımız necədir?