Gundemxeber.az » Dünya » KİV: Makronun reytinqi antirekordu yeniləyib
Fransa prezidenti Emmanuel Makronun reytinqi rekord dərəcədə aşağı düşüb.
Bu barədə "Verian-Epoka" şirkətinin "Figaro Magazine" nəşri üçün apardığı araşdırmada deyilir. Araşdırmanın nəticələrinə əsasən, Fransa prezidentinin populyarlığı daha 5 faiz bəndi azalaraq 17 faizə enib ki, bu da Makronun 2017-ci ildə dövlət başçısı seçilməsindən bəri ən aşağı dəstək səviyyəsidir. “Respondentlərin daha 78%-i prezidentin fəaliyyətindən narazı olduqlarını bildiriblər”, - araşdırmada bildirilir. Qeyd olunur ki, Makronun populyarlığının azalması iyunda parlamentin buraxılması ilə bağlıdır - fransızlar bu addımı başa düşməyiblər.
Xatırladaq ki, bu ilin sentyabrında fransızların Emmanuel Makrona inam reytinqi üç bənd - 22%-ə qədər aşağı düşüb.
GUNDEMXEBER.AZ
10-05-2017, 23:57
26-04-2018, 12:34
6-10-2020, 20:32
10-09-2020, 14:17
11-09-2019, 15:47
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?