Gundemxeber.az » Dünya » Rusiya Moldovadakı seçkiləri qeyri-demokratik adlandırdı
Moldovada seçkilər tarixin ən qeyri-demokratik seçkiləri olub.
Gundemxeber.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moldovada keçirilən prezident seçkilərinin ikinci turu ilə bağlı şərhində bildirib.
Onun sözlərinə görə, bu, Moldova müstəqilliyinin bütün illərində mübaliğəsiz ən qeyri-demokratik seçki kampaniyası olub.
Zaxarova qeyd edib ki, Moldova hakimiyyəti seçkilərdə çoxsaylı saxtakarlıqlara yol verib: "Hakimiyyət tərəfindən müxalifətə və müstəqil mediaya, xüsusən də rusdilli mediaya qarşı misli görünməmiş repressiyalar həyata keçirilib. Qərb ölkələrinin seçki prosesinə aşkar müdaxiləsi olub. Hakimiyyət orqanları tərəfindən inzibati resurslardan geniş miqyasda istifadə olunub.
Rəsmi Kişinyovun Rusiyada yaşayan moldovalı seçicilərə qarşı ayrı-seçkiliyi xüsusi qeyd edilməlidir. Ölkəmizdə sayı müxtəlif hesablamalara görə 500 min nəfərə çatan Moldova diasporu üçün birinci turda olduğu kimi cəmi iki seçki məntəqəsi açılıb. Müqayisə üçün: 500 minə yaxın moldovanın da yaşadığı Qərbi Avropa və Şimali Amerikada 200-dən çox seçki məntəqəsi yaradılıb və bir sıra ölkələrdə Moldova vətəndaşlarına poçt vasitəsilə səs verməyə icazə verilib".
Rusiya XİN rəsmisi vurğulayıb ki, Maia Sandunun seçkilərdə qələbəsi Qərb ölkələrindəki diasporaların səsləri ilə təmin edilib.
Zaxarova əlavə edib ki, Moldova hakimiyyəti Rusiya Federasiyası ilə əlaqələri dəstəkləyən vətəndaşların maraqlarını nəzərə almalıdır.
Gundemxeber.az
30-11-2014, 21:23
15-02-2023, 13:32
11-10-2013, 12:40
19-10-2018, 09:54
14-01-2015, 16:53
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?