Gundemxeber.az » Dünya » İrandan ABŞ-dəki seçkilərlə bağlı açıqlama: “Bizim üçün fərqi yoxdur”
“ABŞ-dəki prezident seçkilərinin nəticəsi İran daxilindəki vəziyyəti heç bir şəkildə dəyişməyəcək”.
GUNDEMXEBER.AZ xəbər verir ki, bunu İslam Respublikası hökumətinin nümayəndəsi Fatem Mohacerani deyib.
“ABŞ-da keçirilən prezident seçkilərinin bizimlə birbaşa əlaqəsi yoxdur”, - deyə Mohacerani vurğulayıb.
Onun sözlərinə görə, Vaşinqtonun gələcək xarici siyasəti ilə bağlı lazımi proqnozlar artıq verilib və ABŞ seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq sadə iranlıların həyatında heç nə dəyişməyəcək.
O qeyd edib ki, respublikaçı Donald Trampın prezident seçkilərində qalib gəlməsi ilə bağlı məlumatlar fonunda heç bir narahatlıq hiss edilmir.
"Hər halda, bizim üçün bu iki namizəd arasında heç bir fərq yoxdur", - Mohacerani əlavə edib.
GUNDEMXEBER.AZ
10-06-2019, 12:39
19-08-2013, 00:13
5-11-2020, 10:21
16-05-2019, 20:26
17-10-2019, 11:58
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?