"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin Təhlükəsizlik Şurasının Astanada keçirilən iclasında Ermənistan nümayəndələrinin iştirak etməməsi regionda mövcud geosiyasi vəziyyəti xarakterizə edir". GundemXeber.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə noyabrın 28-də Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
"Bu gün ilk söz demək şərəfinə nail oldum, çünki bizim erməni həmkarlarımız görüşdə iştirak etmirlər. Yeri gəlmişkən, bu, regiondakı hazırkı geosiyasi vəziyyəti və müəyyən dərəcədə bizim təşkilatımızı xarakterizə edir", - Belarus lideri qeyd edib.
Məsələ burasındadır ki, adətən KTMT liderləri sammitdə ölkələrin rus dilində qeyd olunan adlarının ilk hərflərinə əsaslanaraq əlifba sırası ilə danışırlar. Əgər sammitdə Ermənistanın nümayəndəsi olsaydı, birinci Lukaşenko deyil, o çıxış etməli idi.
Xatırladaq ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin KTMT-nin işində iştirakının dondurulduğunu bəyan edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?