"Qərb Rusiya ilə müharibəni başqalarının əli ilə aparır".
Bu barədə Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson "The Daily Telegraph" qəzetinə müsahibəsində bildirib.
"Gəlin həqiqətin gözlərinə düz baxaq. Biz başqalarının əlləri ilə müharibə aparırıq, lakin etimad etdiyimiz şəxslərə öz işlərini görmək imkanı vermir, illərdir onların əlləri arxadan bağlı vəziyyətdə döyüşməsinə şərait yaradırıq. Bu isə qəddarlıqdır", - deyə britaniyalı siyasətçi bildirib.
Keçmiş baş nazir, həmçinin qeyd edib ki, London Ukraynanın düşdüyü vəziyyətə görə mənəvi məsuliyyət daşıyır, çünki Britaniya Budapeşt Memorandumunu imzalayıb və onun təhlükəsizliyinə zəmanət verib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?