Gürcüstanda baş verən son hadisələr fonunda ölkədə vəziyyət dekabrın 16-da Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin müzakirə mövzusu olacaq.
GundemXeber.Az xarici mediaya istinadən xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın rəsmi nümayəndəsi Anitta Hipper Brüsseldə keçirilən brifinqdə bildirib.
"Gürcüstandakı vəziyyət Aİ-nin Xarici İşlər Şurasının dekabrın 16-da keçiriləcək iclasında müzakirə mövzusu olacaq", - o qeyd edib.
Aİ-nin Gürcüstanla bağlı növbəti addımlarının necə ola biləcəyi sualına o belə cavab verib: "Bizim gələcək iştirakımız Gürcüstan tərəfinin kursu dəyişmək və Aİ-yə qoşulma prosesinə yenidən istiqamətlənmək öhdəliyindən asılı olacaq".
A.Hipper K.Kallas və Aİ-nin genişlənmə üzrə Avropa komissarı Marta Kosun dünən yaydığı birgə bəyanatı xatırladıb. Bəyanatda hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamamaq və 2028-ci ilə qədər Aİ-nin maliyyə dəstəyindən imtina etmək barədə qəbul etdiyi və ölkənin Baş naziri İrakli Kobaxidzenin açıqladığı qərardan təəssüf ifadə olunub.
K.Kallasın nümayəndəsi qeyd edib ki, bu, gürcü xalqının əksəriyyətinin Avropa istəklərindən uzaqlaşmasıdır.
"Biz yerlərdə vəziyyəti izləyir, gürcü xalqını dəstəkləyirik", - o əlavə edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?