İsrail ordusunun Suriyaya endirdiyi hava hücumlarında rejimin silah anbarlarına, raket başlıqlarının olduğu mərkəzlərə və döyüş təyyarələrinə zərbələr endirməsi diqqətdən kənarda qalmayıb. Təl-Əviv administrasiyasının bu məntəqələrlə bağlı məlumatları haradan əldə etdiyi maraq doğurub.
Qeyd edək ki, Suriyada Bəşər Əsəd rejiminin devrilməsinin ardından Qolan təpələrindəki bufer zonanı zəbt edərək 51 ildən sonra bir ilkə imza atan İsrail bölgədə irəliləməyə davam edir.
Paytaxt Dəməşqə yaxınlaşan İsrail ordusu 300-dən çox hava hücumu təşkil edərək bölgəyə nəzarəti ələ keçirmək üzrədir.
Məlumata görə, iddia edilir ki, Suriyanın devrilmiş prezidenti Bəşər Əsəd ölkədən qaçmasına icazə verilməsi və ölkədən qaçarkən təyyarəsinin vurulmaması, hava məkanında heç bir maneə ilə qarşılaşmaması şərti ilə bu yerlərin ünvanlarının siyahısını İsrailə verib.
İsrailin də bu zəmanəti aldıqdan sonra Əsədin qaçmasına icazə verdiyi bildirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?