Gundemxeber.az » Dünya » Aİ Suriyanın yeni hakimiyyəti ilə Rusiya bazalarının ləğvini müzakirə edəcək
Avropa İttifaqı (Aİ) Suriyanın yeni hakimiyyət orqanları ilə dialoqda bu ölkədəki Rusiya bazalarının ləğvi ilə bağlı məsələlər qaldıracaq.
Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas təşkilatın 27 ölkəsinin xarici işlər nazirlərinin görüşünün yekunları üzrə deyib.
O bildirib ki, məsələ müxtəlif səviyyələrdə görüşlər zamanı müzakirə ediləcək.
Kallasın sözlərinə görə, mövzu dünənki görüş zamanı da müzakirə olunub: "Bir sıra avropalı nazirlər bildirdilər ki, Suriyanın yeni rəhbərliyi ilə dialoq üçün Rusiya təsirindən imtina şərt olmalıdır".
GundemXeber.Az
28-09-2018, 15:48
20-02-2018, 13:46
2-12-2024, 21:25
30-01-2019, 11:49
24-10-2019, 12:04
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?