Görəsən, AK partiyanın ağ günləri doğurdanmı keçmişdə qalır?
Siyasət Türkiyədə baş verən hadisələr, xüsusilə belə xarakterizə olunur - Rəcəb Tayyib Ərdoğan keçmiş müttəfiqi Fətullah Gülənə qarşı çıxıb və bu, şübhəsiz ki, baş nazirin və ümumiyyətlə Türkiyə siyasətinin taleyini müəyyənləşdirməlidir. Bəli, bu gün qonşu ölkədə heç kimə sirr deyil ki, AKP və Nurçuluq hərəkatının hər ikisinin ideoloji platformasında islami dəyərlərin və demokratiyanın sintezi durub. Uzun illər Ərdoğan və Gülən Türkiyənin daxili və xarici siyasətində müttəfiq kimi çıxış ediblər. Amma indi bu iki cərəyan arasında fiikr ayrılığı yaranıb. Ərdoğanın dərshanələrin bağlanması istiqamətində atdığı addım, təhlükəsizlik xidmətlərnidə, ədliyyə sistemində kök atmış minlərlə fətullahçının təmizləməsi və onları dövlətə paralel sistem adlandırması əlbəttə ki, sonda öz sözünü deməliydi. "Economiks" jurnalı yazır ki, Ərdoğanın fətullahçılar üzərinə hücumu qarşıdakı seçkilərə hesablanıb. Getdikcə təşvişə düşən baş nazir Gülən -İsrail İttifaqının onu devirmək niyyətində olduğuna inanır. Amma belə fikirlər də var ki, əslində Ərdoğan hakimiyyətini devirəcək biri varsa, o da elə baş nazirin özüdür. Gəlin onun hakimiyyətdə olduğu 11 ilə və bu illər ərzində türklər demiş "zaıfları"na nəzər salaq.
Əsası 2001-ci ildə qurulan Ədalət və İnkişaf Partiyası 2002-ci il seçkilərində təkbaşına hakimiyyətə gəldi. Ərdoğan Abdullah Gülün baş nazir olduğu 58-ci hökumətin istefasından sonra 59-cu hökuməti quraraq Türkiyə Cümhuriyyətinin baş naziri oldu. Düzdür, Ərdoğanın hökumət başına keçməsi Türkiyədə davam edən iqtisadi böhranı dayandırdı, kəskin inflyasiyanın qarşısı alındı, eyni zamanda, o, ölkədə böyük səs-küyə səbəb olan balyoz və ergenekon əməliyyatını əhyata keçirdi. Nəticədə türk ordusunun generalalrı, hansı ki, PKK ilə mübarizədə ön mövqedə olmuşdular, onlar həbs edildilər. Bütün bunlar AKP-yə müxalif olan qüvvələrin zərərçizləşdirilməsi, Atatürk Cümhuriyyətinin təməl prinsiplərini müdafiə edənləri zəiflətmək məqsədilə edildiyi təəssüratını formalaşdırdı. Yeri gəlmişkən, bir müddət əvvəl İstanbulun Gəzi parkında baş verənlər də, məhz Atatürk Mərkəzinin sökülməsi qərarından sonra ortaya çıxdı. Bütün bunlar isə Ərdoğanın Atatürkə qarşı çıxdığı təəssüratını yaratmış oldu. Narazılıqlar üçün əsas verən tək bunlar deyil. Ərdoğanın əksər ölkələrlə körpüləri yandırması da ona qarşı münasibətlərin dəyişməsində rol oynadı. Xüsusilə Suriya, Misir məsələsində tutduğu mövqe.
Əslində Ərdoğanın başına bəlanı həm də ritorikası açdı desək səhv etmərik. Elə dünya nəhəngi olan İsraillə münasibətləri də bu ritorika ucbatından korlanmadımı?
İsraillə münasibətlərin korlanması ABŞ-Türkiyə münasibətlərinə də mənfi təsir göstərdi. Türkiyə mediası diplomatik mənbələrə istinadən yayıb ki, Vaşinqton çoxdan Türkiyənin Xalkbankından İranla münasibətləri dayandırmağı xahiş edirdi. Çünki onlar hesab edirlər ki, bu yolla İrana pullar ötürülür.
Ərdoğanın Putinlə görüşündə “Biz Şanxay Əməkdaşlıq Təşkilatına, Gömrük Birliyinə girmək istəyirik” deməsi də Vaşinqtonun xoşuna gəlməmişdi. Ona görə də bu gün ABŞ-ın Pensilvaniya ştatında oturaraq Ərdoğana qarğış yağdıran Fətullah Güləni də əslində bu iki ölkə danışdırır deyirlər. Amma Ərdoğana qarşı olan təkcə xarici qüvvələr deyil, burda daxili qüvvələrin də birliyi var. Onun getməsini islamçılardan tutmuş liberallara qədər hamı istəyir. Xüsusilə də türk ordusunda övladını şəhid verən sadə insanlar. Onlar Ərdoğanın kürd açılımını asan həzm edə bilmirlər.
Xatırlayırsızsa, o vaxt MHP lideri Dövlət Baxçalı Bərzaninin Türkiyəyə səfərini rəzalət adlandırmışdı. Bu gün Türkiyədə rəzalət sayılan isə korrupsiya əməilyyatları və nazirlərin biri-birinin ardınca istefaya getməsidir. Baş nazir Ərdoğan isə istefa vermək fikrində deyil. O, hətta martda keçiriləcək seçkilərdə qalib gələcəyinə inanır. Amma siyasi ekspertlər onun şansını yüksək dəyərləndirmirlər. Çox güman ki, AKP son 14 ildə ilk dəfə İstambulda bələdiyyə seçkilərini uduzacaq. Buna Ərdoğanın 11 illik siyasəti şərait yaradıb. Necə deyərlər, bumeranq Ərdoğanın özünə qarşı çevrilib. Ədalət və İnkişaf Partiyasının funksioneri artıq ədalət hissini itirmiş təsiri bağışlayır. O, korrupsiyada günahlandırılan nazir və məmurların və deməli, dolayısıyla da AKP hakimiyyətinin günahını etiraf etməkdənsə, bu faktların üstünü açan hüquq mühafizə orqanlarının əməkdaşlarını həbs etdirir. Bütün hallarda final maraqlıdır. Hətta bu sualın cavabı qədər. Görəsən, AK partiyanın ağ günləri doğurdanmı keçmişdə qalır?
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?