GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » İtaliyanın dağ-xizək kurortunda xaos yaşandı- Blogerin "TikTok" paylaşımı aranı qatdı

İtaliyanın dağ-xizək kurortunda xaos yaşandı- Blogerin "TikTok" paylaşımı aranı qatdı

Tarix: 31-01-2025, 23:22 Bölmə :Dünya Baxış: 441

İtaliyanın dağ-xizək kurortunda xaos yaşandı- Blogerin "TikTok" paylaşımı aranı qatdı

Avropanın bəzi dağ-xizək kurortları qar çatışmazlığı səbəbindən daimi olaraq bağlandığı bir vaxtda digərləri həddindən artıq turist axını ilə üzləşir. Bu vəziyyət İtaliyanın Abrutso bölgəsində yerləşən Rokkarozo kurortunda da müşahidə edilib.


Gundemxeber.az xəbər verir ki, “CNN Travel”in məlumatına görə, ötən bazar günü sosial şəbəkələrdə influenserlərin güclü qar yağışı ilə bağlı paylaşdıqları paylaşımlar turist şirkətlərini Neapoldan ucuz səfərlər təşkil etməyə sövq edib. Məqsəd isə şəhər sakinlərinin dağ havasından həzz almasını təmin etmək olub.
Nəticədə, 220 turist avtobusu 130 kilometrlik, iki saatlıq səfərə çıxıb və ziyarətçilərlə dolu avtomobillərlə birlikdə kurortun dar yollarını tamamilə bağlayaraq 1500 yerli sakinin narazılığına səbəb olub.
Turist qrupları 20 dollar ödəməklə səfərə qatılıb, bu qiymətə hətta sendviç də daxil olub. Lakin onlar kurortda xaos yaradaraq xizək qaydalarına məhəl qoymadan hərəkət edib, hətta əşyalarından istifadə edərək improvizə olunmuş xizək və kirşələrdə sürüşüblər.
Bundan əlavə, ziyarətçilər ərazidə manqal yandıraraq isinməyə və yemək hazırlamağa çalışıb, ətrafda tullantılar buraxıblar. Bu hadisələrdən sonra Rokkarozo ətrafındakı bələdiyyələr kütləni nəzarətdə saxlamaq üçün müəyyən məhdudiyyətlər tətbiq edib. Bu məhdudiyyətlərə turist avtobuslarının bölgəyə girişinin məhdudlaşdırılması da daxildir.
İtaliya mediası yaranan vəziyyətin məsuliyyətini Neapoldan olan məşhur bloger Rita de Kreşenzoya yükləyir. Son həftələrdə o, “TikTok” və digər sosial şəbəkələrdə bir neçə video paylaşaraq insanları qar mənzərəsindən həzz almağa çağırıb. Onun paylaşımlarının populyarlığından istifadə edən bir neçə ucuz turizm şirkəti bu səfərləri təşkil edib, hətta bəziləri onun paylaşımlarını sitat gətirib.
Lakin de Kreşenzo bu vəziyyətdə özünü günahkar hesab etmir:
“Mən Rokkarozo üçün möhtəşəm bir reklam təşkil etdim, bazar ertəsi və çərşənbə axşamı orada idim və paylaşımlarım insanları valeh etdi”.
Rokkarozo meri Françesko di Donato CNN-ə açıqlamasında icazəsiz turist avtobuslarının bölgəyə “həqiqi hücum” təşkil etdiyini və vəziyyəti “cəhənnəmə çevirdiyini” deyib. Xüsusilə, kurort yaxınlığında evləri olanlar və mövsümi xizək keçidlərinə sahib olanlar üçün şərait çətinləşib.
Mer bildirib ki, adi qış həftəsonlarında bölgədə təxminən 20 min xizəkçi və əlavə 15 min kirşə sürən və ya dağ yürüşləri edən turist olur. Bazar günü gələn əlavə 10 min nəfər isə bölgə üçün təhlükə yaradıb.
Fevralın 2-də – növbəti bazar günü üçün isə daha iki dəfə çox günlük turların sifariş edildiyi bildirilir. Buna görə də Rokkarozo meri Abrutso paytaxtı L’Akvila prefekturasına müraciət edərək yol polisi və təhlükəsizlik qüvvələrinin vəziyyətə nəzarət etməsini istəyib. Çünki kiçik şəhər bu qədər turist axınının öhdəsindən təkbaşına gələ bilmir.
Bu arada, bəzi günlük turistlər sosial mediada yerli sakinləri diskriminasiyada günahlandıraraq, onların Neapoldan gəldiklərinə görə qərəzli yanaşdıqlarını bildiriblər. Lakin mer qeyd edib ki, şəhər daha çox turisti qəbul etməyə hazırdır, sadəcə ziyarətçilər qaydalara əməl etməli və digərlərinə hörmət göstərməlidirlər.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 9 nəfər qar uçqunu altında qaldı

    9 nəfər qar uçqunu altında qaldı ...

    13-02-2017, 17:22

  • 
  • Bakıdan Tiflisə turist qatarı

    Bakıdan Tiflisə turist qatarı ...

    26-12-2012, 13:16

  • 
  • Bakıda ərəb turist soyuldu

    Bakıda ərəb turist soyuldu ...

    2-08-2017, 14:10

  • 
  • Turist gəmisi batdı: 13 ölü

    Turist gəmisi batdı: 13 ölü ...

    24-01-2016, 13:33

  • 
  • Buzda sürüşən milyardlar

    Buzda sürüşən milyardlar ...

    11-01-2013, 11:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu