BMT Rusiya və ABŞ rəsmiləri arasında Ukrayna münaqişəsi ilə bağlı danışıqları yaxından izləyir.
Bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.
Sözçü Baş katibin Rusiya və ABŞ rəsmilərinin Səudiyyə Ərəbistanında planlaşdırılan görüşü ilə bağlı mövqeyini paylaşıb: “Əlbəttə ki, biz üzv dövlətlər arasında istənilən dialoqu, xüsusən də Təhlükəsizlik Şurasının iki daimi üzvü arasında aparılan hər hansı müzakirəni yaxından izləyirik. Hamımızın bildiyi kimi, onların oynadığı rol kritikdir. Görüşün nəticələrini gözləməliyik”, - Düjarrik qeyd edib.
Qeyd edək ki, ABŞ və Rusiya yüksəksəviyyəli nümayəndələrinin bu həftə Səudiyyə Ərəbistanında Ukraynadakı müharibəyə son qoyulması ilə bağlı müzakirələr aparmaq üçün görüşəcəyi təsdiqlənib. Kremlin sözçüsü Dmitri Peskov bəyan edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Vladimir Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov Səudiyyə Ərəbistanının paytaxtına səfər edəcək./report.az
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?