Gundemxeber.az » Dünya » Ukrayna ilə ABŞ arasında STRATEJİ SAZİŞ: imzalanma mərhələsində
Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak Vaşinqtonla faydalı qazıntılarla bağlı müqavilənin imzalanmasının "yaxın zaman məsələsi" olduğunu bildirib.
GUNDEMXEBER.AZ xəbər verir ki, onun sözlərinə görə, hazırda sənədin mətninin razılaşdırılması prosesi gedir. Kiyev bu razılaşmadan "gələcək layihələrin gəlirinin ədalətli bölüşdürülməsi və təhlükəsizlik zəmanətləri" gözləyir.
"Mən burada faciə görmürəm — müqavilə müxtəlif səviyyələrdə kifayət qədər diqqətlə müzakirə olunur, işçi qruplar yaradılıb və proses normal qaydada davam edir", — deyə Podolyak vurğulayıb.
O həmçinin qeyd edib ki, müqavilənin konkret bəndlərinin müzakirəsi yalnız rəsmi imzadan sonra mümkün olacaq: "Rəsmi imzalanmanı gözləyək, ondan sonra sənədin detalları ilə bağlı geniş müzakirələr aparacağıq".
GUNDEMXEBER.AZ
14-01-2023, 10:15
11-05-2022, 17:38
14-03-2022, 14:05
8-04-2022, 16:53
29-03-2022, 20:09
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?