Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistanın Xarici İşlər nazirliklərinin nümayəndələri arasında üçtərəfli görüş keçirilir.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə "İmedi news" məlumat yayıb.
Məlumata görə, tədbiri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili açıb.
Qeyd edilib ki, görüşün məqsədi üç ölkənin baxışlarını və fikirlərini paylaşmaq, mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparmaqdır ki, bu da üçtərəfli əməkdaşlıq prosesinin əsasını qoya bilər
Danışıqlarda Gürcüstan tərəfini xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya, Azərbaycanı xarici işlər nazirinin müavini Elnur Məmmədov, Ermənistanı isə xarici işlər nazirinin müavini Vaqan Kostanyan təmsil edir.
"Bugünkü üçtərəfli görüş mövcud olan hər hansı bir əməkdaşlıq formatına zidd deyil və onu əvəz etmir, əksinə, üç qonşu ölkənin konstruktiv və qarşılıqlı faydalı əməkdaşlıq qurmaq üçün əlavə səylərini ifadə edir", - Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib.
09:30
Bu gün Tbilisidə Ermənistan, Gürcüstan və Azərbaycan xarici işlər nazirinin müavinlərinin iştirakı ilə regional əməkdaşlıq üzrə üçtərəfli danışıqlar keçiriləcək.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb
Bildirilib ki, danışıqlar zamanı tərəflər regional əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.
Gürcüstan daha əvvəl bəyan etmişdi ki, İrəvan və Bakı arasında sülh sazişinin imzalanması üçün də öz platformasını təqdim etməyə hazırdır.
Sorğu
Yeni dizaynımız necədir?