Gundemxeber.az » Dünya » Zaxarova Dərbənddəki Azərbaycan teatrının yenidənqurmadan sonra açılacağını bildirib
Dağıstanın Dərbənd şəhərindəki Azərbaycan teatrının bərpası başa çatmaq üzrədir və tezliklə açılacaq.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Mahaçqalada keçirilən brifinqdə bildirib.
"Dağıstan xalqlarının mədəni müxtəlifliyindən danışmaya bilmərəm: folklor, xalq sənəti çoxdan tanınan brendə çevrilib. Respublikada 11 milli teatr fəaliyyət göstərir. Dünən Dərbənddə Azərbaycan teatrının bərpasının başa çatdığını gördük - o, artıq açılmaq üzrədir. Burada qədimdən müxtəlif sənətlər, bədii metalişləmə, daş üzərində oyma geniş inkişaf edib", - o qeyd edib.
Gundemxeber.az
26-02-2016, 12:18
16-12-2020, 19:31
27-03-2020, 14:53
24-12-2015, 18:01
10-03-2017, 21:36
Sorğu
Yeni dizaynımız necədir?