Gundemxeber.az » Dünya » Putin 2 iyunda İstanbul danışıqlarına onları göndərəcək – Zaxarova adları açıqladı
Musavat.com xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 2 iyun tarixində İstanbulda keçirilməsi planlaşdırılan Rusiya-Ukrayna danışıqları ilə bağlı yeni açıqlama verib.
O bildirib ki, Rusiya tərəfinin nümayəndə heyəti əvvəlki – 16 may tarixindəki danışıqlardakı eyni tərkiblə prosesə qatılacaq.
Zaxarova bu qərarın davamlılıq və mövcud müzakirə formatının qorunması baxımından vacib olduğunu qeyd edib. Hələlik ABŞ tərəfinin danışıqlarda iştirak edib-etməyəcəyi ilə bağlı rəsmi qərar açıqlanmayıb.
Xatırladaq ki, Ağ Evin sözçüsü Kərrolayn Livitt də Tramp administrasiyasının bu görüşlərə nümayəndə göndərib-göndərməmək məsələsini dəyərləndirdiyini bildirmişdi.
gundemxeber.az
13-12-2018, 15:09
18-03-2017, 01:10
26-02-2016, 12:18
22-01-2017, 00:03
15-05-2025, 22:37
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?