ABŞ Rusiya ilə birlikdə nüvə silahlarını daha da azaltmağa, eyni zamanda Çini bu prosesə cəlb etməyə çalışır.
Gundemxeber.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə yeni fərmanların imzalanması mərasimində jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, ən çox nüvə silahına malik ölkə Amerika Birləşmiş Ştatlardır, Rusiya ikinci, Çin isə üçüncü yerdədir.
Trampın proqnozuna əsasən, Çin beş ildən sonra strateji nüvə silahlarının sayına görə ABŞ ilə bərabərləşəcək.
O, bu barədə Alyaskada rusiyalı həmkarı Vladimir Putin ilə danışdığını əlavə edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?