Daşınmaz əmlak, zərgərlik, əyləncə və maliyyə xidmətləri sahəsində fəaliyyət göstərən "İmperator" qrupunun rəhbəri, honkonqlu maqnat Albert Yun "Sotheby's" hərrac evində şərab kolleksiyasını 17.7 milyon Honkonq dollarına (təxminən 2.3 milyon ABŞ dolları - red.) satıb.
Gundemxeber.az bildirir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Məlumata görə, satış qiyməti hərrac evinin proqnozunu demək olar ki, 77% üstələyib. Belə ki, "Sotheby's" kolleksiyanı təxminən 1.3 milyon ABŞ dollarına qiymətləndirib. Qeyd edək ki, "Forbes" sonuncu dəfə Yunun sərvətini 2019-cu ildə 1.3 milyard dollar səviyyəsində açıqlayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?