İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani iki ölkə arasında məsləhətləşməni davam etdirmək məqsədi ilə sentyabrın 17-də Səudiyyə Ərəbistanına rəsmi səfər edib.
Gundemxeber.az xəbər verir ki, bu barədə məlumatı İRNA yayıb.
Bildirilib ki, bu, Səudiyyə Ərəbistanının müdafiə naziri Xaled bin Salmanın İrana etdiyi səfərə cavab xarakteri daşıyır.
Məlumata görə, danışıqlar zamanı xüsusi diqqət təkcə yeni məsələlərin müzakirəsinə deyil, həm də iki ölkə arasında əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsinin davam etdirilməsinə yönələcək. Laricani və Xalid bin Salman müdafiə sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları barədə də müzakirələri davam etdirəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?