SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Barak Obamanı Ukrayna ilə bağlı danışıqların təşəbbüsçüsü kimi çıxış etməyə çağırıb.
Modern.az xarici KİV-ə istinadən bildirir ki, o, son günlər Kiyevdə müxalifətlə milislər arasında davam edən toqquşmaları nəzərə alaraq bu təkliflə çıxış edib: “Vladimir Vladimiroviç, cənab Obama, Sizdən xahiş edirəm ki, imkan tapıb cəsarətli addım ataraq Ukraynadakı hadisələrin dinc yolla inkişafına yardımçı olasınız. Mən sizə çox ümid edirəm”.
Onun fikrincə, ukraynalıların bir-biri ilə döyüşməsinə imkan vermək olmaz: “Bu, dəhşətli absurd olacaq. Amma vəziyyət elə xarakter alıb ki, yardımsız, iki ölkənin avtoritetli nümayəndələrinin iştirakı olmadan bu faciənin qarşısını almaq çətin olar”.
Qorbaçovin sözlərinə görə, Kiyevdəki hadisələr təkcə Ukrayna üçün deyil, qonşuları, həm də Avropa, ümumiyyətlə dünya üçün təhlükə yaradır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?