GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasında "dərə xəlvət tülkü bəy"dir?

5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasında "dərə xəlvət tülkü bəy"dir?

Tarix: 18-03-2020, 20:47 Bölmə :GündəmXəbər / Manşet Baxış: 981
5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasında "dərə xəlvət tülkü bəy"dir?


Səhiyyə müəssisəsində qanunlara qarşı çıxan kimdir?

Son bir neçə ildir ki, səhiyyəmizdə baş verənlərə, edilən qanunsuzluqlara və vətəndaşların incidilməsi xəbərlərini alarkən, heç də təəccüblənmirik desək, yəqin ki, yanılmarıq.

Əslində, son bir neçə il ərzində səhiyyəmiz irəliləməli, yeni nailiyyətlər qazanmalı idi. Çünki bu son bir neçə il ərzində səhiyyə sahəsinə ayrılan vəsaitlər, yeni xəstəxanaların tikilməsi, köhnə binaların yenisilə əvəzlənməsi, ən son avadanlıqların səhiyyə ocaqlarında istifadəyə verilməsi buna əyani sübutdur.

Lakin bütün bunlara rəğmən, səhiyyəmiz irəliləmək əvəzinə, daha da geriləyir. Səbəbini isə bir neçə cür izah edirlər. Bəzi ekspertlər hesab edir ki, səhiyyəmizdə irəliləyişin olmaması, bu sahədə çalışan həkimlərin əksəriyyətinin savadsız olması ilə bağlıdır.

Məsələn, elə həkim var ki, ixtisasca uroloqdur, lakin digər xəstələrə də məsləhətlər verir, onlara hansısa dərmanları yazır. Bəzi ekspertlər isə, düşünürlər ki, səhiyyəmizdəki əskiklərin olması, əksər xəstəxanalara təyin edilən baş həkimlərin səhlənkarlığı ucbatındandır.

Bildiyimiz kimi, bu gün paytaxtda dövlət xəstəxanaları ilə müqayisədə özəl tibb ocaqları daha üstünlük təşkil edir. Burada vətəndaşlar arasında ad-san, inam qazanmışları da var və əksinə cəmiyyət arasında inamsızlıq yaradanları da. Əslində bu gün, özəl xəstəxanalarda xərc daha az çıxır, nəinki, dövlət xəstəxanasında.

Bunu əminliklə qeyd etməyimiz də, əsassız deyil. Çünki səhiyyə ilə bağlı daxil olan şikayətlər, həmin şikayətlərdə dövlət xəstəxanalarının əksəriyyətindəki durum, vətəndaşların incidilməsi, xəstə müraciət edərkən, dərmanların xəstə yaxınlarına aldırılması, hətta qapıda dayanan gözətçinin belə, nəsə umaraq vətəndaşların xəstəxanaya daxil olmasına icazə verməsi daxil olan şikayətlər sırasındadır. Və durumlar belə davam etsə, görünən odur ki, vəziyyət daha da pisləşəcək.

Gundemxeber.az millətinsəsi.info-ya istinadla bildirir ki, təxminən bir neçə il öncə paytaxtın bir sıra tibb müəsissisələrində yoxlamalar həyata keçirildi və bir neçə xəstəxanada ciddi nöqsanların olduğu aşkarlandı. Həmin tibb müəssisələrinin məsul şəxsləri barədə qanunda nəzərdə tutulmuş qaydada ölçülər götürüldü, bir sıra məsul şəxslər məsuliyyətə cəlb olundular.

Lakin bu yaşananlardan sonra da, vəziyyət dəyişmədi. Hətta deyərdik ki, həmin ərəfədə səhiyyə ocaqlarında vəziyyət azacıq da olsa, normal olur. Lakin bir müddət sonra həmin hadisələr unudulur və əksər dövlət xəstəxanaları əvvəlki prinsipləri ilə işləməyə davam edirlər.

Səhiyyə naziri Oqtay Şirəliyev hər zaman müsahibələri zamanı dövlət xəstəxanalarında müayinə və müalicə prosedurlarının pulsuz olduğunu deyir. Lakin görünür bir çox səhiyyə ocaqlarının rəhbərləri nazirin bu fikri ilə razı deyillər. Bu gün yenidən səhiyyə mövzusunda danışmaqda məqsəd, redaksiyamıza daxil olan şikayətlə bağlıdır.

Redaksiyamıza daxil olan şikayət Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi 6 ünvanında yerləşən 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasındandır. Onu da diqqətinizə çatdıraq ki, 5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasında baş həkim vəzifəsini 2019-cu ildən Əhmədova Güllü müvəqqəti icra edir.

5 saylı poliklinikada yaşananlar barədə redaksiyamıza daxil olan şikayətlər, vətəndaşların səhiyyə ocağından narazı olması Güllü Əhmədovanı heç də narahat etmir. Çox güman ki, narahat etsə idi, iki ay sonra yenidən həmin tibb müəssisəsindən şikayət daxil olmazdı.

Şikayətçi pasiyentlərin sözlərinə görə, 5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasında bəzi həkimlər öz şəxsi maraqlarını güdürlər. Əgər həkimi “görə” bilmirsənsə, o zaman hər hansısa bir müayinə də olmayacaq.

Qeyd edək ki, Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. 2020-ci il yanvarın 1-dən qüvvəyə minən qərara əsasən 5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanası da TƏBİB-in tabeliyinə keçib. Bu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Bununla belə TƏBİB-in tabeliyinə keçən dövlət tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin pulsuz olmasına dair xüsusi qanun maddəsi olduğu halda, bu gün istisnasız olaraq bütün xəstələr 5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının baş həkim vəzifəsini müvəqqəti icra edən Güllü Əhmədovadan tutmuş, tibb bacılarına qədər, hamısını görməli olurlar. Belə olan halda isə, təbii ki, həmin tibb ocağında həkimlərə olan hansısa inamdan, xəstələrin düzgün müayinə və müalicəsindən söhbət belə gedə bilməz.

Digər tərəfdən isə, 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında yaranmış vəziyyətdən şikayətlənən xəstələr, həmin tibb müəssisəsinin rəhbərliyini həm də saxta arayışların verilməsində ittiham edirlər. Belə ki, baş həkim daxil olmaqla, digər həkimlər də poliklinikadan öz mülkləri kimi istifadə edir. Xəstələrə qarşı soyuq münasibət nümayiş etdirirlər.

Sanki xəstələr onlar üçün gəlir mənbəyidir. Bu azmış kimi, poliklinikada həkim belə tapmaq, müşkül məsələyə çevrilib. Səhər saat 9 radələrində poliklinikaya getsən, həkim tapmaq olmur. Eşidəcəyimiz isə iki cavab var. Həkim ya məzuniyyətdədir, ya da, hələ gəlməyib.

O zaman belə çıxır ki, təcili olaraq poliklinikaya yollanmış xəstə həkim gələnə kimi ən yaxşı halda gözləməli və yaxud da, ölməlidir. Hələ səhiyyə ocağındakı tibbi avadanlıqları demirik. Sözügedən ünvanda tibbi avadanlıqları ya işləmir, ya da ümumiyyətlə yoxdur. Sadəcə olaraq, həkimlər günlərini keçirmək üçün evdən çıxıb, 5 saylı poliklinikaya yollanırlar.

Bir sözlə, daxil olan şikayətlər Güllü Əhmədovanın icra etməli olduğu işləri unutduğunu və dövlət xəstəxanasını, əməlli başlı özəl səhiyyə ocağına çevirdiyini göstərir. Bu isə ilk növbədə qanunlara qarşı çıxmaq və vəzifədən sui istifadə etmək deməkdir.

5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanası ilə bağlı araşdırmamızı davam edirəcəyik.

Gələn yazılarımızda 5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının 3 sot torpaq ərazisinin kim tərəfindən və necə satılmasını,

5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının rəsmi 248 nəfər işçisi olduğu deyilsə də, cəmi neçə nəfərin işlədiyi və burada "ölü canların" hesabına nə qədər maaş kartının kimlərin cibində olmasından,

5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasında nə üçün işçilərin gündəlik işə gədiyi halda onların iş stajını 0.25-lə işə götürüb, maaşlarının kəsilməsindən,

5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasında baş həkim vəzifəsini müvəqqəti icra edən Güllü Əhmədova Bakı şəhər Baş Səhiyyə İdarəsində kimə arxayın olub, istədiyi işçini çıxarmasından və digər faktları işıqlandıracayıq.

Bizi izləyin.

P.S. Məsələ ilə bağlı 5 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının baş həkim vəzifəsini müvəqqəti icra edən Güllü Əhmədovaya zəng etdik, jurnalist olduğumuzu bildirsək də, bizə zəng edib cavab verəcəyin dedi. Ancaq hələ də qarşı tərəf kimi baş həkim vəzifəsini müvəqqəti icra edən Güllü Əhmədovanın münasibət bildirəcəyini gözləyirik.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Biləsuvarda «dərə xəlvət tülkü bəy» prinsipi

    Biləsuvarda «dərə xəlvət tülkü bəy» prinsipi ...

    11-12-2012, 12:32

  • 
  • Bərdədə sanitar-gigiyena ixtisası olan şəxs baş həkimlik edir

    Bərdədə sanitar-gigiyena ixtisası olan şəxs baş ...

    11-07-2017, 16:58

  • 
  • Baş həkim Xocavənd təhsilini talayır

    Baş həkim Xocavənd təhsilini talayır ...

    5-07-2015, 18:01

  • 
  • Səhiyyə Nazirliyi: Azərbaycanda "donuz qripi"nə yoluxma halı qeydə alınmayıb

    Səhiyyə Nazirliyi: Azərbaycanda "donuz ...

    7-01-2019, 12:26

  • 
  • Qarabağ veteranı: "Məni intihar həddinə çatdırıblar"

    Qarabağ veteranı: "Məni intihar həddinə ...

    19-04-2017, 17:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu