Deputat Elman Məmmədov parlamentin 14 may iclasında danışaraq Bakıdakı Xocalı soyqırımı abidəsinin ziyarət edilməsinin protokola salınmasını təklif edib. Onun təklifinə münasibət bildirən parlament sədri Oqtay Əsədov deyib ki, Xocalı soyqırımı abidəsi ilə bağlı böyük layihə var: “Heykəl dəyişdiriləcək, muzey yaradılacaq. Gələcəkdə bu abidənin ziyarət edilməsi protokola salınacaq”. Deputat Fərəc Quliyev isə milli azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin 75 illiyinin qeyd olunması təklifi verib. Bu təklifi deputat Qüdrət Həsənquliyev də dəstəkləyib.
Sorğu
Yeni dizaynımız necədir?