Gundemxeber.az » Xəbərlərin siyahısı: 05.08.2016 » Səhifə 3
Bu gün Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan Qazax rayon sakini Vüsal Fərzəliyev keçinib.
Amerikanın "Stratfor" analitik mərkəzi Ermənistanda ölkə rəhbərliyinə qarşı etiraz aksiyalarının sürəcəyini proqnozlaşdırır. Mərkəzin hazırladığı məqalədə aksiyaların zokarılıqla müşayiət olunacağı da istisna edilmir.
Bu gün prezident İlham Əliyev paytaxtın Yasamal rayonunda Füzuli meydanının ətraf ərazilərində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması, həmçinin bu işlərlə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi barədə sərəncam imzalayıb.
Araşdırmaçı jurnalist Xədicə İsmayılova Bakı Şəhər Prokurorluğuna qarşı iddia qaldırıb. O, əsassız olaraq intihar həddinə çatdırma ittihamı ilə üç ay həbsxanada saxlandığına görə kompensasiya ödənilməsini tələb edib.
Avqustun 4-də jurnalist Məmməd Süleymanov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib. Orada bir saat yarımdan çox dindirildikdən sonra azad buraxılıb.
Heç kimə sirr deyil ki, sosial şəbəkələr müxtəlif məhsul və xidmət istifadəçisi olan adi insanların həyatına o qədər nüfuz edib ki, artıq dünya təcrübəsi məhz sosial media kanalları vasitəsilə istehlakçı istəklərinin həll edilməsi dövrünün gəlib çıxdığını göstərir.
Ermənistanın baş prokuroru Gevork Kostanyan avqustun 4-də “səhhətilə əlaqədar” istefa verib.
Azərbaycan Mərkəzi Bankı avqustun 5-i üçün manatın dollara nisbətdə rəsmi məzənnəsini 1,598 səviyyəsində (1,5947 idi) müəyyən edib. Yəni, manat yenə də 0,2% ucuzlaşıb.
Biz - bu müraciəti imzalayan müstəqil sivil toplum quruluşları və nümayəndələri Azərbaycanda Açıq Hökumət Tərəfdaşlığı təşəbbüslərinin dəstəklənməsi məqsədilə Vətəndaş Cəmiyyəti təmsilçilərinin geniş qatılımı ilə Açıq Hökumət Tərəfdaşlığı Platformasının (AHTP) formalaşdırılması prosesinin sürətləndirilməsin zəruriliyini bəyan edirik
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?