Akif Qəhrəmanoğlu: “Bakı Vergilər Departamenti əməkdaşlarının qol qoyduqları belə bir qanunsuzluq əməli, onsuz da ağır durumda olan müəssisəmizin vəziyyətini daha da çətin duruma salıb”
Verilən məlumatda Bakı şəhəri Nəsimi rayonu A.Məhərrəmov-4 ünvanında fəaliyyət göstərən “E-Q” MMC-in rəhbəri Quliyev Akif Qəhrəman oğlunun üz-üzə qaldığı problem, bir sahibkar olaraq onun iş fəaliyyətini əngəlləməkdədir. səbəb 2016-ci il sentyabır ayının 26-na təyin olunmuş Referendum gündəmdə olan gündən, müvafiq qurumlar və Vergilər Nazirliyi tərəfindən aparılan əsassız yoxlamalar mətbəənin fəaliyyətinə məhdudiyyətlər yaradıb. 05 may 2016-ci il tarixidə rəhbərlik etdiyim müəssisədən qanunsuz olaraq 8464,13 manat tələb edirlər. Hətta həmin məbləği ödəməyəcəyim təqdirdə, əmlakımı siyahıya alacaqlarını və hərraca çıxaracaqlarını da bildirirlər. Bütün bunlara baxmayaraq, vergi departamenti əməkdaşları Vergi Məcəlləsinin 151-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq, 27 aprel 2016-cı il tarixdə 151.2-ci maddəsinə əsassız şəkildə istinad etməklə, 2016-cı ilin 1-ci rübü üçün müəssisəmizə 8464,13 manat cari vergi məbləği hesablamış və həmin məbləği ŞHV-yə də yazmışlar. Üstəlik, Vergilər Nazirliyinin əsası olmadan, mətbəəyə qarşı maliyyə sanksiyaları tətbiq edərək bank hesabına sərəncam qoyulub.Bu barədə mətbəə direktoru A.Quliyev Vergi Departamentinə gedərək izahat tələb edib. Bundan sonra mayın 17-də Vergi Departamentinin iki nəfər əməkdaşı qanunsuz olaraq mətbəəyə daxil olaraq mətbəəyə məxsus kampyuter və maliyyə sənədlərini müsadirə edərək götürüblər . Bu barədə may ayının 18-d ə dövət başcisi Prezident İlham əliyevə, Vergilər Naziri Fazil Məmmədova və, müvafiq orqanlara rəsmi müraciətl ər olunsada əldə heç bir nəticə olmayıb. Mətbəənin direktoru Akif Quliyevin bildirdiyinə görə hal hazirda ona qarşı təzyiqlər dayanmir. Onuda bildirək ki, son illər "E-Q” mətbəəsi ölkədə yeganə mətbəədir ki, müxalifət və müstəqil qəzetləri çap edir: Bu səbəbdən də özünə və, faliyətinə qarışı təzyiqlər davamedir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?