GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Azəravtoyol” ASC-nin rəhbəri “Formula-1”ə kölgə salmaq istəyir?

“Azəravtoyol” ASC-nin rəhbəri “Formula-1”ə kölgə salmaq istəyir?

Tarix: 18-06-2016, 16:48 Bölmə :GündəmXəbər / Manşet Baxış: 0
“Azəravtoyol” ASC-nin rəhbəri “Formula-1”ə kölgə salmaq istəyir?

Bu gün Bakıda daha mühüm bir beynəlxalq yarışa - «Formula-1» üzrə dünya çempionatının səkkizinci Avropa Qran-pri yarışlarına start verilir.
Uzun müddətdir ki, paytaxtımızda bu yarışa hazırlıq görülür. Əlbəttə, Bakıda belə mühüm yarışların keçirilməsi çox təqdirə layiq addımdır. Belə ki, bu yarışlar ölkəmizin dünyada daha da taninmasına, müsbət imic qazanmasına ciddi təsir göstərir. Məsələnin mənəvi tərəfi ilə yanaşı iqtisadi tərəfi də var. Belə ki, bu yarışlar ölkəmizə xeyli sayda turustin gəlməsinə vəsilə olacaq. Məhz belə tədbirlərin nəticəsidir ki, Azərbaycana gələn turistlərin ildən-ilə artması müşahidə olunur.
Yarışlara gəlincə, , hər biri iki pilotla təmsil olunan 10 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı şəhər halqasında pilotlardan – Louis Hamilton, Fernando
Alonso, Nico Rosberg, Sebastian Vettel, Valtteri Bottas və başqaları yarışacaqlar.
Bakı şəhər halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir.
Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin «Paddok klub», komandaların boksları və pit-leyn qurulub.
Qran-prinin birinci günündə «Formula-1» və GP2 seriyası üzrə sərbəst yürüşlər təşkil olunacaq. İyunun 18-də «Formula-1» üzrə sərbəst və sıralama yürüşü, GP2 üzrə isə birinci yarış keçiriləcək. Nəhayət, sonuncu gün – iyunun 19-da Avropa Qran-pri yarışları, həmçinin GP2 üzrə ikinci yürüş baş tutacaq.
Onu da qeyd edək ki, Azərbaycanda bu yarışlar dalbadal 5 il keçirilməlidir. Əks halda ölkəni 100 milyon dollara yaxın cərimə gözləyir.
Artıq halqanın keçdiyi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bulvar əhalinin üzünə bağlanıb.
Yollara gəlincə, Bakıda bir sıra yollar bağlanıb. Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzindən verilən məlumata
əsasən, paytaxtın Xaqani küçəsindən Puşkin küçəsi ilə kəsişməsindən R.Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsi nəqliyyat vasitələrinin hərəkəti üçün bir müddət bağlanıb.
Qeyd edək ki, Bakıda keçiriləcək yarış unikallığı ilə seçilir. Monako və Sinqapur kimi Bakı da şəhər trasına ev sahibliyi edəcək. Belə ki, Bakıda keçiriləcək yarış zamanı avtomobillər dənizkənarı bulvar boyunca hərəkət edərək, Bakının ən qədim hissəsi olan və UNESCO Ümumdünya irsi siyahısına daxil edilən İçərişəhər tarixi-memarlıq qoruğunun ətrafında dövr edəcək. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərin tam simasını görə biləcəklər. O da vurğulanmalıdır ki, "Formula-1" yarışları dünyada ən çox televiziya izləyicisi toplamış yarışlardan biridir.
Onu da qeyd edək ki, Hökümət Evinin arxa tərəfində Bakıda "Formula-1" üzrə Avropa Qran-Prisi yarışında iştirak edəcək GP2 komandaları üçün qarajlar quraşdırılıb. Bu səbəbdən Üzeyir Hacıbəyov küçəsinin A.Puşkin küçəsi və Azadlıq
prospekti ilə kəsişmələri arasındakı hissəsində nəqliyyatın hərəkəti 12 may - 21 iyun tarixləri arasında məhdudlaşdırılıb.
Yolun həmin hissəsində 3 hərəkət zolağı avtomobillərin hərəkəti üçün bağlıdır və Hökumət Evi ətrafında avtomobillərin parklanmasına icazə verilmir. Bu ərazidə yerləşən piyada keçidləri isə normal fəaliyyətinə davam edəcək.
Şəhər sakinləri Azadlıq meydanının altında yerləşən avtomobil dayanacağından yarış həftəsinə qədər istifadə edə biləcəklər.
Bundan başqa Bakı Şəhər Halqası trek boyunca təhlükəsizlik baryerləri quraşdırılması səbəbindən sakinlərə müraciət edib. Müraciətdə Halqanın keçdiyi küçələrdə yol kənarında parklanmış avtomobillərin iş prosesini ləngitdiyini, hətta bəzi hallarda işin gedişatını tamamilə əngəllədiyi bildirilir. Bu səbəbdən Bakı Şəhər Halqası Əməliyyat Şirkəti əhalidən A.Puşkin, Xəqani, Zərifə Əliyeva, Əziz Əliyev və İstiqlaliyyət küçələrinin, Bülbül və Neftçilər prospektlərinin
trekə düşən hissələrində avtomobillərinizi saxlamamağı xahiş edir. Əks halda həmin yerlərdə saxlanılmış avtomobillərin ərazidən təhlükəsiz şəkildə uzaqlaşdırılması ilə bağlı olaraq Dövlət Yol Polisi lazimi tədbirlər görəcək.
Bütün bunlar əlbəttə, anlaşılandır. Yarışın keçirildiyi ərazidə yolların bağlanması əhali tərəfindən anlayışla qarşılanır. Həmin yolların bağlanması şəhərin digər ərazilərində yollarda gərginliyin artmasına səbəb olacaq. Bu məsələni tənzimləmək əvəzinə iyun ayının əvvəlindən başlayaraq, bir sıra rayonlarda yol təmiri işlərinə başlanılıb ki, bu da dözülməz vəziyyət yaradır. Hansı ki, bu yollarda təmir işlərini yarışlardan sonraya saxlamaq olardı. Söhbət hansı yollardan gedir. Gəlin elə rəsmi məlumatlara diqqət yetirək.
“Azəravtoyol” cəmiyyətinin yaydığı xəbərə görə, Azadlıq prospektində cəmiyyət tərəfindən təmir işləri aparılan ərazidə avtonəqliyyat vasitələrinin hərəkətində dəyişikliklər edilib: “Ediləcək dəyişikliyə görə, avtonəqliyyat vasitələrinin prospektdən sağa Cəfər Xəndan küçəsinə işıqfordan dönmək qadağan olunacaq. Bunun əvəzinə sürücülər kəsişməyə çatmamış köməkçi yoldan istifadə edərək maeəsiz saga doğru hərəkətlərini davam etdirə biləcəklər.
Cəfər Xəndan küçəsinə rahat hərəkəti təmin etmək üçün köməkçi yolda genişləndirmə işləri aparılıb, asfalt-beton örtüyü yenilənib.
Tətbiq olunacaq daha bir dəyişiklik isə müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobuslar üçün nəzərdə tutulub. Belə ki, avtobusların ümumi hərəkətə mane yaratmadan hərəkətini təmin etmək, bununla da sıxlığl aradan qaldırmaq üçün onların Cəfər Xəndan küçəsi ilə kəsişmədən prospektin əsas yolu ilə Süleyman Sani Axundov küçəsi ilə kəsişməyə doğru ( Azadlıq metrostansiyası ) hərəkətinə qadağa qoyularaq, yan yola yönəldiləcək. Avtobuslar da Cəfər Xəndan küçəsi ilə kəsişməyə çatmamış köməkçi yola daxil olacaqlar. Daha sonra kəsişməni keçərək yan yolla hərəkətlərinə davam edə biləcəklər. Kəsişməyə bunun üçün əlavə işıqforlar quraşdırılacaq.
Sərnişin avtobuslarının prospektin yan yolundan Məsud Davudoğlu küçəsinə ( 6-cı mkrn. İstiqaməti ) keçidini təmin etmək üçün əsas yola doğru yeni hissə açılıb. Yeni yol hissəsindən Məsud Davudoğlu küçəsinə keçid işıqforlarla
tənzimlənəcək.
Süleyman Sani Axundov küçəsinə doğru irəliləyən avtobuslar isə sözügedən küçə ilə kəsişmədə yaradılacaq xüsusi dayanacağa daxil olduqdan sonra M.Ə.Rəsulzadə qəsəbəsinə doğru prospekt boyunca hərəkətlərinə davam edə biləcəklər. Sözügedən küçə ilə prospektə doğru hərəkətdə olan avtonəliyyat vasitələri üçün geri dönməni təmin etmək məqsədi ilə yeni yol hissəsi də salınacaq.
Əks istiqamətdən gələn ictimai nəqliyyat üçün də sözügedən kəsişmədə xüsusi dayanacaqlı hissə yaradılacaq. Bura daxil olan avtobusların hərəkəti müəyyən bir məsafədə yan yola yönəldiləcək. Daha sonra avtobuslar prospektin əsas yoluna çıxaraq hərəkətlərinə davam edə biləcəklər.
əlavə avtobusların dayanacaqlara rahat giriş-şıxışını təmin etmək, onların ümumi hərəkətə mane olmasının qarşısını almaq məqsədi ilə təmir işlərinin aparıldığı ərazidə ( Z.Bünyadov pr-ti-Cəfər Xəndan küç.-S.S.Axundov küç. ) 7
yerdə dayanacaqlar genişləndirilərək 20 metr uzunluğunda, 3,5 metr enində xüsusi “cib”li hissələr və 115 saylı orta məktəbin önündə isə xüsusi “cib”li parkinq yeri yaradılır.
“Azəravtoyol” ASC tərəfindən edilən dəyişikliklər prospektin sözügedən hissəsində sıxlığın aradan qaldırılmasına müsbət təsir etmiş olacaq”.
Rəsmi məlumatda bütün bunların tıxacları aradan qaldırmaq məqsədi güddüyü bildirilir. Lakin məsələ burasındadır ki, Binəqədi və Biləcəri qəsəbələrindən şəhərə gələn insanlar bir neçə həftədir ki, əziyyət çəkirlər. Belə ki, Rəsulzadə qəsəbəsindən başlayaraq, Azadlıq metrostansiyasına qədər hər gün yolda sonu görünməyən tıxaclar yaranır. Hətta “Azadlıq” metrostansiyasına doğru hərəkət son günlər tamamilə məhdudlaşdırılıb. Ancaq bu problem təkcə Binəqədi rayonu ərazisində müşahidə olunmur.
Ayın əvvəlindən başlayaraq, təmir işləri ilə əlaqədar olaraq Nizami rayonu Rüstəm Rüstəmov küçəsinin Bəkir Çobanzadə küçəsi ilə kəsişməsindən Qara
Qarayev prospektinə qədər olan hissəsi ( Dakar meydanı ) iyun ayının 4-ü səhər saatlarından hərəkətə tam olaraq bağlanıb.
Əks istiqamətdə, yəni Qara Qarayev prospektindən Bəkir Çobanzadə küçəsinə doğru olan hissədə isə hərəkətə hər-hansı bir məhdudiyyət tətbiq edilmir.
Bu basabasda “Azəravtoyol” ASC Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin ( zolaqların ) yenidən rənglənməsi işlərini də davam etdirir.
Sürücülərdən isə aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və sözügedən küçələrdə sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etmələri tövsiyyə olunur. Ancaq qurumun rəhbərliyi başa düşmək istəmir ki, yarışlar səbəbindən şəhərin mərkəzi bağlanıb. Bu səbəbdən digər ərazilərdə hərəkətin sıxlığı artıb. Bu sıxlığı azaltmaq əvəzinə, “Azəravtoyol” ASC rəhbərliyi əhaliyə və nəqliyyat vasitələri sürücülərinə, eləcə də ictimai nəqliyyata əlavə problemlər yaradır. Hansı ki, bu təmir işlərini ya yarışlar başlayana qədər başa çatdırmaq lazım idi, ya da bu məsələyə yarışlar bitəndən sonar baxmaq olardı. Bunu başa düşmək bu qədərmi çətindir. Yoxsa “Azəravtoyol” ASC rəhbərliyinin məqsədi
“Formula-1” yarışlarına gölgə salmaqdır? Bəlkə o, bu yarışların əleyhinədir? Əgər əleyhinə deyilsə, o zaman “Azəravtoyol” ASC rəhbəri niyə belə düşünülməmiş addımlar atır?
Gündəm Xəbər”in 17-23 iyun 2016-cı il tarixli sayının 9-cu səhifəsində “Azəravtoyol” ASC-nin rəhbəri “Formula-1”ə kölgə salmaq istəyir? Başlıqlı açıqlamasına qarşı tərəfdən münasibət bildirildi. Biz də, redaksiya olaraq KİV haqqında qanunun tələblərini əsas tutub, qarşı tərəfin münasibətini olduğu kimi dərc edirik. Qarşı tərəf: “Gündəm xəbər” qəzetinin 17 iyun tarixli sayında “Azəravtoyol ASC-nin rəhbəri Formula -ə kölgə salmaq istəyir?” başlığı ilə məqalə dərc olunub.
Bildirmək istəyirik ki, məqalədə qeyd olunan ərazilərdə təmir işləri çoxdan yekunlaşıb və Formula-1 yarışlarına qədər həmin yollarda hərəkət bərpa olunub. Hazırda Bakı şəhərində hər-hansı bir yolda təir-tikinti səbəbi ilə hərəkətin məhdudlaşdırması tətbiq olunmur.
Məqaləni dərc etməmişdən öncə başqalarına öz işini öyrətmək əvəzinə müxbir ilk növbədə öz işini mükəmməl yerinə yetirməyə bacarmalı, ən azından bu barədə dəqiq informasiya toplamaq lazım gəldiyini başa düşməli idi. “Bunu başa düşmək bu qədərmi çətindir!”

Xahiş edirik qeyd olunanları nəzərə alasınız və yanlışlığı aradan qaldıraraq düzgün məlumatı dərc edəsiniz. Hörmətlə,“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyi. Biz redaksiya olaraq, qarşı tərəfin mövqeyini nəzərə alıb, adı çəkilən ərazilərə yenidən baş çəkdik. Məlum oldu ki, hələ də ərazilər də təmir- tamamlama işləri başa çatdırılmayıb. Qarşı tərəfin mövqeyini bir daha dinləməyə hazırıq.

Samir

“Azəravtoyol” ASC-nin rəhbəri “Formula-1”ə kölgə salmaq istəyir?
“Azəravtoyol” ASC-nin rəhbəri “Formula-1”ə kölgə salmaq istəyir?
“Azəravtoyol” ASC-nin rəhbəri “Formula-1”ə kölgə salmaq istəyir?
“Azəravtoyol” ASC-nin rəhbəri “Formula-1”ə kölgə salmaq istəyir?
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • ""Formula 1" Azərbaycanın dünyada daha yaxşı tanınmasına şərait yaradacaq"

    ""Formula 1" Azərbaycanın dünyada ...

    17-06-2016, 15:00

  • 
  • Bakı trasında rekord

    Bakı trasında rekord ...

    17-06-2016, 18:44

  • 
  • "Bakıda Formula 1-in keçirilməsi gənc nəslin inkişafına xidmət edir"

    "Bakıda Formula 1-in keçirilməsi gənc nəslin ...

    17-06-2016, 17:30

  • 
  • "Formula 1" azarkeşi: "Hər şey yüksək səviyyədədir"

    "Formula 1" azarkeşi: "Hər şey ...

    17-06-2016, 18:56

  • 
  • Formula 1-in Bakı şəhər trasında dəyişiklik edildi

    Formula 1-in Bakı şəhər trasında dəyişiklik edildi ...

    18-06-2016, 12:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu