GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Veysəloğlu” sahibkarları intihara çatdırıb - Təfsilat

“Veysəloğlu” sahibkarları intihara çatdırıb - Təfsilat

Tarix: 16-08-2016, 13:26 Bölmə :GündəmXəbər / Manşet Baxış: 2 315
“Veysəloğlu” sahibkarları intihara çatdırıb - Təfsilat

Şirkət mağazalara payladığı məhsulları satılmadıqda geri götürmür, qabaqcadan pulunu alır, faiz tələb edir, bazarda isə süni qıtlıq və bahalaşma yaradır

Prezidentin iş adamları ilə bağlı tapşırıqlarına qarşı gedən firmanın yoxlanmasına zərurət yaranıb; “Veysəloğlu”nun Gülənlə əlaqələri haqda şübhəli iddialar var

“Veysəloğlu” şirkəti mağazalara payladığı məhsulları satılmadıqda geri götürmür. “Gündəm-xəbər”ə daxil olan xəbərə görə, sahibkarlardan qabaqcadan pulu alınır və məhsul sırınır.

Satışında ciddi axsamaların müşahidə olunduğu şirkət üzləşdiyi problemin həlli istiqamətində maraqlı çıxış yolu tapıb.

Artıq həmin qidaların nə qədər satılıb-satılmayacağı şirkəti maraqlandırmır və mağaza sahibi çətin durumda qalır. Ölkədə manatın üçüncü devalvasiyası mərhələli şəkildə getməkdədir.

Artıq su və çörəyin bahalaşması, dolların günbəgün qalxması əhalinin iqtisadi vəziyyətini ağırlaşdırır. Belə vaxtda bundan istifadə edən bəzi idxalçı şirkətlər süni şəkildə qiymət artımına gedirlər.

“Gündəm-xəbər”in verdiyi məlumata görə, ilk addımı “Veysəloğlu” şirkəti atıb. Firmanın məhsullarının qiymətində artım qeydə alınıb.

Şirkətin mallarını bahalaşdırması barədə sosial şəbəkələrdə və müxtəlif informasiya portallarında xəbərlər tirajlanıb.

Firma marketlərə öncədən verdikləri malların pulunu sahibkarlardan indi tələb etməyə başlayıb. Sahibkarlar pulu verə bilmədikdə, həmin borcun üzərinə 20% gəlirlər və sahibkara bununla bağlı sənəd imzalatdırırlar.

Sahibkar razılaşmadıqda isə mağazaya bir daha mal verməyəcəkləri ilə hədələyirlər. Pərakəndə və topdansatış mərkəzləri o zaman qiymətləri artıra bilər ki, “Veysəloğlu” şirkəti təqdim etdiyi məhsulların qiymətini artırsın. Şirkətdən də yeni qiymətlər tətbiq olunur.

“Veyseloğlu” bazarda süni qıtlıq yaratmağa yönəlik addımlar atmaqla ciddi narazılıq yaradır. Bu ölkə başçısının sahibkarların fəaliyyəti və iqtisadi böhranla mübarizə barədə tapşırıqlarına zidd hərəkətlərdir.

Dövlət başçısı qeyd edib ki, süni qiymət artımına gedənlər və inhisarçılıqla məşğul olanlar cəzalandırılacaq. Ancaq “Veysəloğlu” şirkəti prezidentin göstərişlərinə qarşı gedərək yeni tariflər müəyyənləşdirir. Artıq İqtisadiyyat Nazirliyi yanında Antinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin “Veysəloğlu” şirkətində təcili olaraq monitorinq aparmasına

zərurət yaranıb. Sahibkarlar tələb edirlər ki, süni bahalaşmaya şərait yaradan şəxslər cəzalandırılsın.

İş adamları hesab edirlər ki, “Veysəloğlu” şirkətinin təxribatçı addımı sahibkarların işini çətinləşdirməyə və öz mənfəətini güdməyə hesablanıb. Şirkət bazarda süni bahalaşma və qıtlıq yaratmaqla gəlirlərini artırmağı nəzərdə tutub.

Yeri gəlmişkən, onu da demək lazımdır ki, ölkənin qənnadı və şirniyyat sektorunun əhəmiyyətli inhisarçılarından olan “Veysəloğlu” Şirkətlər Qrupu ciddi maliyyə böhranı ilə üz-üzədir. Bu böhrandan çıxış yolunu sahibkarların dərisini soymaqda görən idxalçı şirkət onları çıxılmaz durumla baş-başa qoyur.

Qeyd edək ki, “Veysəloğlu” şirkəti manatın devalvasiyasından sonra qiymətləri qaldırmadığını bildirmişdi. Lakin indi ortaya çıxan mənzərə bir qədər fərqlidi. Şirkət nəinki qiymətləri qaldırmağa, hətta qanunlara zidd olaraq ölkənin qida bazarında inhisar yaratmaq üçün bir başa fəaliyyət göstərir.

Şirkətin mağazalara payladığı məhsullardan da narazılıq var. Sahibkarlar qeyd edirlər ki, “Veysəloğlu”nun məhsullarına tələbat azalıb. Buna səbəb şirkətin qidalarının keyfiyyətinin aşağı olmasıdır. Bu da dükan sahiblərinin ayağında qalır.

Onlar geri qaytaranda şirkət nümayəndələri məhsullarından imtina edirlər. Nəticədə, sahibkar zərər edir. Bu baxımdan son aylarda “Veysəloğlu” malları vitrinlərdə toz basıb. Ona görə tərəflər arasında narazılıq yaranır. Şirkət isə zərər etməsin deyə süni qiymət artımına getməli olur.

Onu da yada salaq ki, Azərbaycanın məşhur şirniyyat brendi olan “Çinar” şokoladları uğrunda 2 ildən artıq davam edən mübarizə “Gəncə-Qənnadı” ASC-nin qələbəsi ilə nəticələnib. Hələ sovet dövründə buraxılan məşhur şokolad markası uğrunda “Gəncə-Qənnadı”nın rəqibi “Veysəloğlu” şirkəti idi.

Qeyd edək ki, «Gəncə-Qənnadı» fabriki “Çinar” şokoladlarını 1975-ci ildən istehsal edir. “Çinar” şokoladlarının istehsal hüququ “Gəncə-Qənnadı” fabrikində olduğu halda, “Veysəloğlu ” şirkəti də 2006-cı ildən bu adla məhsul buraxmağa başlayıb. Fabrik məsələ ilə bağlı bir neçə dəfə “Veysəloğlu”ya müraciət edib şokolad istehsalını dayandırmağı tələb etsə də, qarşı tərəf buna əməl eləməyib.

Əksinə, nə qədər qəribə olsa da, “Veysəloğlu” şirkəti özü, guya “Gəncə-Qənnadı” tərəfindən hüquqlarının tapdandığını əsas gətirərək (Çünki «Çinar»ı Gəncə fabriki də buraxırdı) qarşı tərəfi məhkəməyə verib. Şirkət «Gəncə Qənnadı»dan «Çinar» istehsalını dayandırmağı və üstəlik, 100 min manat təzminat tələb edirdi.

İş o yerə çatıb ki, «Çinar» şokoladının ilk dəfə «Gəncə Qənnadı»da istehsal olunduğunu sübut etmək üçün «Çinarı» ilk dəfə istehsal edən qənnadı işçilərinin pasportları da məhkəməyə təqdim edilib.

Bütün instansiyalarda «Gəncə Qənnadı» haqlı sayılıb, «Veysəloğlu»nun iddiası əsassız hesab edilib. «Veysəloğlu» məhkəmədə qalib gələ bilməsə də, onların bu davranışı, «Gəncə Qənnadı»ya yaxşı ideya verib. Bu dəfə «Gəncə Qənnadı» qarşı tərəflə məhkəmə çəkişməsinə başlayıb.

İndiyədək dəyən zərərə görə, 50 min manat təzminat ödənilməsi tələb edilirdi. Bir neçə məhkəmə prosesindən sonra nəhayət, “Veysəloğlu-Yaycılı-Qardaşlar” şirkəti “Çinar” adını Madriddə patentləşdirərək bu adla xaricə məhsul çıxarmağa çalışıb.

Amma məhkəmənin qərarı ilə bunun da qarşısı alınıb. Amma dəyən maddi və mənəvi ziyana görə təzminatın ödənilməsi prosesi 2 il uzanıb. “Veysəloğlu” 25 min manatlıq təzminatı ödəməli olacaq.

Beləliklə, bazarda monopolist olmağa can atan şirkət bu mərhələdə də məğlub olub. Şirkət “Azərsun holdinq”in bazarına da girmək və onu sıxışdırmaq qədər özündə cəsarət tapa bilir.

Bu arada Türkiyədə hərbi qiyama cəhd və olayların arxasından nurçuların çıxması onların Azərbaycandakı şəbəkələrinin fəaliyyətini də gündəmə gətirib. Terrorçuluqda ittiham olunan Fətullah Gülənin Bakıdakı təhsil, media, qida sənayesi və digər sahələr üzrə şəbəkələri sıradan çıxarılıb.

Məlumata görə Bakıda və Azərbaycanın digər bölgələrində fəaliyyət göstərən və türk iş adamlarına aid olan böyük şirkətlərin əksəriyyəti “Gülən camaatı”na aiddir.

İri iş adamları ilə yanaşı, qida sektorunda çalışan türklərin böyük bir qismi də məhz nurçularla əlaqəli şəxslərdir. Azərbaycan iş adamları arasında da nurçu olmayan, amma nurçularla əlaqəli çalışan kifayət qədər biznesmen var.

Qida sektorunda da nurçu şəbəkənin ciddi payları var. Paytaxtın ən məşhur və elit restoranı sayılan “MADO” şəbəkəsi də bu setə aid edilir. Amma ən önəmli şirkətlərindən biri “Veysəloğlu” sayılır. İddialara görə, şirkət Gülən şəbəkəsinə daxildir. Bu barədə mətbuatda da məlumatlar yayılıb.

Müxtəlif saytlarda da şirkətin adı nurçularla hallanıb. Xəbərlərin səhihliyi nə dərəcədə olduğu bilinməsə də, “Veysəloğlu”nu Gülənlə əlaqələndirirlər. 1994-cü ildən topdan satış mərkəzi kimi fəaliyyətə başlamış Veysəloğlu Satış və Distribütor Şirkəti ilk illərində yalnız Türkiyə Respublikasından qida məhsullarının idxalı ilə məşğul olurdu. Bu da müəyyən şübhələrə yol açıb ki, nurçularla əlaəqlər var. Şirkətin nurçuların işləməsi haqda araşdırmalar aparılır.

Rəsmi məlumatda deyilir ki, ildən ilə inkişaf edərək, qısa müddət ərzində dövrün tələblərinə uyğun müasir texnologiya ilə təchiz olunaraq geniş ticarət şəbəkəsi qurmuş Veysəloğlu Satış və Distribütor Şirkəti hazırda yüksək səviyyəli xidməti ilə seçilən müasir ticarət holdinqinə çevrilib.

Şirkətin Bakı şəhərində yerləşən Mərkəzi anbarı, Cənub bölgəsini əhatə edən Salyan filialı, Qərb bölgəsini əhatə edən Mingəçevir filialı var. Mərkəzdən uzaqda yerləşsələr də hər iki filial dövrün tələblərinə uyğun ən son texnoloji vasitələrlə təchiz olunub.

Şirkət hazırda qida sənayesində dünyanın ən iri ölkələri olan Rusiya, Ukrayna, Belorusiya, Latviya, Almaniya, Polşa, Macarıstan, Danimarka, Portuqaliya, İtaliya, Vietnam və s.kimi ölkələrlə əməkdaşlıq edir.

Hazırda Şirkət dünyanın 20-dən artıq ölkəsinin 100-dən çox fabriki ilə əməkdaşlıq edir. Əməkdaşlıq etdiyi xarici istehsalçı fabriklərlə distribyuterlik səviyyəsində çalışan Veysəloğlu

Satış və Distribyuter Şirkəti düstribütoru olduğu şirkətlərin məhsullarının öncə Bakı şəhərində, az bir müddətdən sonra isə Azərbaycanın bütün bölgələrində satışını təşkil etməkdədir.

Baş ofisi, iki filialı və 9 regional local ofisləri olan şirkətin həmçinin xüsusi dəmir yolu da mövcuddur. Şirkət əlaqədə olduğu bütün firmaların məhsullarını ən yeni texnologiya və avadanlıqlarla idxalını həyata keçirməkdədir.

Şirkət 2001-ci ildən etibarən şokolad və karamel iistehsalına başlamışdır. Şirkətin rəhbərliyi bunun üçün Almaniya, Belçika, İtaliya və bir sıra qabaqcıl Avropa ölkələrinin tanınmış şokolad istehsalçılarının fəaliyyət mexanizmini öyrənmiş və fabrikdə yeni müasir avadanlıqlar quraşdırılmışdır. Yazıda səslənən iddialar və narazılıqlarla bağlı şirkətin mövqeyini dərc etməyə hər zaman hazırıq.

Cəfər

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Azərsun Holdinq"in vergi maxinasiyası

    "Azərsun Holdinq"in vergi maxinasiyası ...

    25-12-2012, 13:18

  • 
  • Azərbaycana təhlükəli süd məhsulları gətirilir

    Azərbaycana təhlükəli süd məhsulları gətirilir ...

    4-08-2013, 23:28

  • 
  • Şirkət meneceri məhkəmə zalında həbs edilib

    Şirkət meneceri məhkəmə zalında həbs edilib ...

    15-01-2016, 12:46

  • 
  • Anti-bahalaşma əməliyyatında kütləvi həbslər...

    Anti-bahalaşma əməliyyatında kütləvi həbslər... ...

    17-03-2015, 01:05

  • 
  • ABŞ-ın dolların bahalaşması barədə qərarı manata necə təsir edəcək?

    ABŞ-ın dolların bahalaşması barədə qərarı manata ...

    17-12-2015, 14:34


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (32)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu