GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Hərbi hissədə nə baş verir?

Hərbi hissədə nə baş verir?

Tarix: 11-09-2016, 14:12 Bölmə :GündəmXəbər / Manşet Baxış: 746
Hərbi hissədə nə baş verir?

Əsgər yeməkxanasında qabyuyan qadını döyən gizirin cinayət işinə xitam verildi

Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabiti, gizir Fizuli Bədirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. İttihama görə, Fizuli Bədirov “N” saylı hərbi hissənin maddi-texniki təminat bölüyünün silah-sursat anbar rəisi vəzifəsində, gizir hərbi rütbəsində hərbi xidmətdə olarkən nizamnamə qaydalarını pozub.

Fizuli Bədirov 19 yanvar 2016-cı il tarixdə, saat 09 radələrində hərbi hissənin əsgər yeməkxanasına gedib. O, mətbəxdə qabyuyan vəzifəsində işləyən mülki işçi Elnarə Ələkbərova ilə mübahisə edib.

Mübahisə zamanı Fizuli Bədirov Elnarə Ələkbərovanın baş nahiyəsinə bir neçə dəfə yumruqla və süpürgə ilə zərbələr vuraraq ona xəsarət yetirib.

Füzuli Bədirovun cinayət işi Gəncə Hərbi Məhkəməsində araşdırılıb. Məhkəmədə ifadə verən Fizuli Bədirov bildirib ki, 1 yanvar 2001-ci il tarixdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində “gizir” hazırlıq kursuna daxil olub: “25 sentyabr 2011-ci il tarixdən xidmətimi davam etdirmək üçün Müdafiə Nazirliyinin Gədəbəy rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinə göndərilmişəm. Həmin tarixdən 3 yanvar 2015-ci il tarixə qədər həmin hərbi hissənin maddi texniki təminat bölüyünün silah-təmir emalatxana rəisi vəzifəsində, gizir hərbi rütbəsində xidmətimi davam etdirmişəm”.

“Üzərimə doğru qazan qapağı atdı”

Təqsirləndirilən şəxsin sözlərinə görə, 19 yanvar 2016-cı il tarixdə, səhər saatlarında hərbi hissə komandanlığı tərəfindən keçirilən sıra düzülüşü zamanı hərbi hissənin maddi-texniki təminat bölüyünün komandiri, kapitan Aqil Əmiraslanov ona bildirib ki, hərbi hissənin əsgər yeməkxanasının mətbəxində qabyuyan vəzifəsində işləyən mülki işçi Elnarə Ələkbərova onun barəsində şikayət edib: “Şikayətin səbəbi kimi müxtəlif yerlərdə haqqında nalayiq ifadələr danışdığımı göstərib. Aqil Əmiraslanov məndən bunun səbəbini soruşdu. Ona bu barədə məlumatım olmadığını bildirdim. Səhər düzülüşü bitdikdən sonra hərbi hissənin əsgər yeməkxanasına getdim. Həmin vaxt Elnarə Ələkbərova əsgər yeməkxanasının zalından ünvanıma nalayiq ifadələr deməyə başladı, üzərimə doğru qazan qapağı atdı. Elnarə yerdə olan süpürgəni götürərək baş nahiyəmə zərbə vurdu”.

Fizuli Bədirov qeyd edib ki, Elnarə Ələkbərovanın əlindən süpürgəni alıb və kənara atıb: “Həmin vaxt əsgər yeməkxanasında olan hərbi qulluqçular məni sakitləşdirərək kənara çəkdi. Bundan sonra hərbi hissənin qərargahına getdim. Elnarə Ələkbərova mübahisənin səbəbi kimi barəsində müxtəlif ictimai yerlərdə nalayiq ifadələr işlətməyimi əsas gətirib. Amma onun barəsində nalayiq sözlər deməmişəm. Mübahisə zamanı əsəbləşərək onun baş nahiyəsinə yumruqla və süpürgə ilə zərbələr vurmamışam”.

Fizuli Bədirov məhkəmə iclasında zərərçəkmiş şəxsi vurmadığını göstərsə də, cinayət işinin ibtidai istintaqı zamanı verdiyi ifadəsində özünü təqsirli bilib. O, bildirib ki, mübahisə zamanı əsəbləşərək Elnarə Ələkbərovanın baş nahiyəsinə yumruqla və süpürgə ilə zərbələr vurub. Bundan sonra də Elnarə Ələkbərovanın

xəsarət alıb-almadığını müşahidə etməyib. Çünki dərhal əsgər yeməkxanasının mətbəxindən çıxıb və hərbi hissənin qərargahına gedib. Elnarə Ələkbərovanı onu təhqir etdiyinə görə vurub. Mübahisə zamanı özü hər hansı xəsarət almayıb, Elnarə Ələkbərovanın qulağında olan qızıl sırğanın birinin düşərək itməsi barədə məlumatı olmayıb.

“Mənə ədəbsiz təkliflər etməsi barədə məlumat verdim”

Zərərçəkmiş şəxs qismində dindirilən Elnarə Ələkbərova bildirib ki, 19 sentyabr 2014-cü il tarixdən Müdafiə Nazirliyinin Gədəbəy rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsində əsgər yeməkxanasının mətbəxində qabyuyan işləyib: “19 yanvar 2016-cı il tarixdə, səhər saatlarında hərbi hissənin maddi texniki təminat bölüyünün komandiri, kapitan Aqil Əmiraslanova tabeçiliyində xidmətdə olan gizir Fizuli Bədirovun mənə ədəbsiz təkliflər etməsi və müxtəlif yerlərdə barəmdə nalayiq sözlər danışması barədə məlumat verdim. Fizuli Bədirovun barəsində tədbir görülməsini xahiş etdim”.

Zərərçəkmişin sözlərinə görə, həmin gün saat 9 radələrində hərbi hissənin əsgər yeməkxanasının mətbəxində olduğu zaman Fizuli Bədirov mətbəxə daxil olub: “Fizuli Bədirov ünvanıma nalayiq ifadələr işlədərək baş nahiyəmə 2-3 yumruq zərbəsi vurdu. Bu zaman özümü müdafiə etmək üçün yerdə olan süpürgəni götürərək Fizuli Bədirovu vurmaq istədim. O, süpürgəni əlimdən alaraq baş nahiyəmə dəfələrlə zərbələr endirdi”.

“Nalayiq ifadələri kənd sakinlərindən eşitmişəm”

Elnarə Ələkbərova qeyd edib ki, həmin vaxt əsgər yeməkxanasının mətbəxində olan mülki işçilər Rəna Musayeva və Ofelya Allahverdiyeva onları aralayıb: “Mətbəxdə olan səs-küyü eşidərək ora gələn əsgər Bəhbud Həşimov gizir Fizuli Bədirovu tutaraq kənara çəkdi və əsgər yeməkxanasından çıxardı. Başımdan aldığım zərbələrin təsirindən huşumu itirdiyim üçün Rəna Musayeva və Ofelya Allahverdiyeva məni əsgər yeməkxanasının paltar dəyişmə otağına apardılar. Hadisə zamanı qulağımda olan qızıl sırğanın biri itib. Həmin qızıl sırğanı axtarsam da, tapa bilməmişəm. Hadisə baş verən zaman Fizuli Bədirov yumruqla və süpürgə ilə dəfələrlə baş nahiyəmə zərbələr vurduqdan sonra halı pisləşib, başımda şiddətli ağrılar olub. Lakin bu barədə nə hərbi hissənin tibb məntəqəsinə, nə də yaşadığım Tovuz rayon Mərkəzi Xəstəxanasına müraciət etməmişəm. Fizuli Bədirov dəfələrlə ədəbsiz təkliflər edərək mənimlə yaxından tanış olmaq istəsə də, hər dəfə ona kəskin etirazımı bildirmişəm. Bu etirazım Fizuli Bədirovun xoşuna gəlməyib və müxtəlif yerlərdə ünvanıma nalayiq sözlər səsləndirib. Ünvanıma səsləndirdiyi nalayiq sözləri eşitdikdən sonra onun bölük komandiri Aqil Əmiraslanova bu barədə şikayətimi bildirmişəm. Bundan sonra Fizuli Bədirov əsəbi halda əsgər yeməkxanasının mətbəxinə gəlib. Aramızda mübahisə baş verib. Fizuli Bədirovun barəmdə səsləndirdiyi nalayiq ifadələri kənd sakinlərindən eşitmişəm”.

Gəncə Hərbi Məhkəməsinin hökmü ilə Fizuli Bədirov Cinayət Məcəlləsinin 128-ci (sağlamlığam xəsarət yetirmə) maddəsi ilə təqsirli bilinib və 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Fizuli Bədirov apelyasiya şikayəti verib. O, barəsində çıxarılan hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını istəyib.

Fizuli Bədirovun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Teyyub Muxtarovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Vəkil: “Ağır cəza təyin edilib”

Təqsirləndirilən şəxsin vəkili Fuad İskəndərov bildirib ki, birinci instansiya məhkəməsinin hökm qanunsuz və əsassızdır: “Belə ki, məhkəmə Fizuli Bədirovun ifadəsini özünü müdafiə xarakterli olması kimi qiymətləndirib, işin faktiki hallarını araşdırmayıb, həmin ifadələrə qiymət verməyib. Bundan başqa hesab edirəm ki, Fizuli Bədirovun əməli sübuta yetmiş olsa belə, ona həddindən artıq ağır cəza təyin edilib. Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında üç yüz manatadək miqdarında cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Göründüyü kimi həmin maddənin sanksiyasında 3 cəza növü nəzərdə tutulub ki, onlardan azadlıqdan məhrum etmə cəzası ən ağırıdır. Ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Lakin məhkəmə hökmündə Fizuli Bədirova nəyə görə ağır cəza təyin edilməsinin məqsədləri göstərilməyib”.

Vəkil həmçinin qeyd edib ki, zərərçəkmiş şəxslə məhkum artıq barışıblar və zərərçəkmiş şəxs notariat qaydasında təsdiq edilmiş ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək məhkum Fizuli

Bədirovdan şikayət, tələb və iddiasının olmadığını bildirib. Vəkilin sözlərinə görə, zərərçəkmiş məhkumun barəsində olan cinayət işinə xitam verilməsini və məhkumun həbsdən azad edilməsini xahiş edib: “Odur ki, məhkuma bəraət verilməsi mümkün olmayacağı təqdirdə, hökmün ləğv edilməsini və məhkum Fizuli Bədirovun cinayət məsuliyyətindən azad edilməsinə dair qərar qəbul edilməsini xahiş edirik”.

Dövlət ittihamçısı da çıxış edərək apelyasiya şikayətinin təmin edilməməsini istəyib. Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, Fizuli Bədirovun apelyasiya şikayəti təmin edilib və Gəncə Hərbi Məhkəməsinin hökmü ləğv edilib.

Yeni hökmə əsasən, Fizuli Bədirov ilə zərərçəkmiş şəxs barışdığı üçün cinayət işinə xitam verilib. Fizuli Bədirovun barəsində olan həbs qəti imkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əsgər hərbi hissədən qaçıb

    Əsgər hərbi hissədən qaçıb ...

    23-01-2014, 13:43

  • 
  • Əsgər özünü güllələdi

    Əsgər özünü güllələdi ...

    21-01-2014, 11:59

  • 
  • Gəncədə hərbi hissənin yataqxanasında partlayış

    Gəncədə hərbi hissənin yataqxanasında partlayış ...

    3-02-2014, 17:55

  • 
  • Əsgəri öldürən çavuş tutuldu

    Əsgəri öldürən çavuş tutuldu ...

    12-03-2015, 09:09

  • 
  • Hərbi hissədən qaçan əsgər yaxalandı

    Hərbi hissədən qaçan əsgər yaxalandı ...

    2-12-2012, 16:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu